Modern.az

Şanlıurfada Azərbaycan Bulvarı açıldı

Şanlıurfada Azərbaycan Bulvarı açıldı

Ölkə

3 Oktyabr 2026, 19:51

Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib.

"Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvarı müxtəlif səviyyəli yol qovşağını da açırıq", - o bildirib.

Ərdoğanın sözlərinə görə, bu, nəqliyyatın sıxlığını azaltmağa kömək edəcək:

"Qovşağın inşasında əməyi olan nazirliyimizi və podratçı firmalarımızı təbrik edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!