Modern.az

Yazıçı Anar və Günel Anarqızının kitabı təqdim olunub

Yazıçı Anar və Günel Anarqızının kitabı təqdim olunub

Mədəni̇yyət

26 Sentyabr 2009, 21:19

Sentyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” Kitab Mərkəzində “Müəllif günü” keçirilib.
“Müəllif günü”nün qonaqları Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar və Günel Anarqızı olub.
Tədbirdə hər iki müəllifin bir kitabda toplanmış əsərlərinin təqdimatı olub.
Modern.az xəbər verir ki, “Nurlan” nəşriyyatında çap edilmiş yeni kitaba Anarın “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və Günel Anarqızının “Altıncı” əsərləri daxil edilib.
“Müəllif günü”ndə AYB-in katibi Rəşad Məcid, Milli Məclisin deputatları Elmira Axundova, Sabir Rüstəmxanlı və başqaları çıxış edərək oxucularla yazıçılar arasında əlaqələrin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edən bu ənənəni yüksək qiymətləndiriblər. 
Natiqlər deyiblər ki, Anarın 1965-ci ildə yazılmış “Ağ liman” povesti və onun davamı kimi 1974-1978-ci illərdə qələmə aldığı “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı Azərbaycan nəsrində ziyalılarımızın düşüncə, duyğu, qayğı və məhəbbətinin keşməkəşli yollarını əks etdirən ən məşhur əsərlərdir. Günel Anarqızının 2004-cü ildə yazdığı “Altıncı” povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, onun mövzusu tamamilə yeni, gözlənilməz və özünəməxsusluğu ilə fərqlənir.
Sonda Anar və Günel Anarqızı yenicə işıq üzü görmüş kitabı avtoqrafla oxuculara təklif ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi