10 İyul 2016, 18:17 | Ana Səhifə - Yazılar - "3 dənə iki"
"3 dənə iki"

Məhsəti Şərif


Bizim Ermənistanda girovlarımız var. Əsir düşüb, illərdir ermənilərə "qulluq" edən ana-bacıları, ataları, qardaşları demirəm. Onları unutmusunuz. Statistikaya çevirmisiniz... Amma atəşkəs imzaladıqdan sonrakı illərin girovlarından danışıram. Yaxın tarixdəki Dilqəm və Şahbazdan...


Dilqəmin son məktubunu oxudum. Övladlarına sitəm etmiş. "Sizin imtahandan aldığınız qiymətləri yaxşı bilirəm. 3 dənə iki!".


Əslndə o sitəm övladlarına deyil! Onları indiyədək girovluqdan qurtara bilməyənlərədir. Dilqəmin də, Şahbazında durumu pisdi. Ermənilər beynəlxalq təşkilatlar olmasa, onları çoxdan öldürərdi. Amma onlar var deyə, yavaş-yavaş, içdən kəmirirlər. Öz əcəlləri ilə öldü süsü vermək üçün hər türlü bacarıqlarını səfərbər ediblər.


Bəs nə düşünürdüz? Dilqəm nə edəcəkdi? “Şanlı vətənəmin övladları kefə baxırıq”mı deyəcəkti? Ağlınız ermənilərin arada bizə qaçıb gələn nümayəndələrinə gedib?  Dilənçi günündə gəlib, yeyib-içib, kökəlib sonra da alqışlarla üçüncü ölkəyə göndərilirlər. Elə Azərbaycana keçmə məqsədləri də budur zatən...


Dilqəmlə, Şahbazın isə ağızında dişiləri qalmayıb. Mən nə Qızıl Xaç Komitəsindən, nə Avropa Məhkəməsindən, nə də uzun-uzun adları və yüzlərlə əməkdaşı olan beynəlxalq təşkilatlardan bir imdad umuram. Yəni, onlardan nəsə gözləyəcək qədər saf deyiləm. Yoxsa 20 ildən çoxdu işğal olunan torpaqlarımızın alınması üçün vasitəçi olan ATƏT-ə inanımmı?..
 

Onlara inansaq, onda iki gorovdan da əlinizi üzün.

 
Dilqəm və Şahbaz.  Əsir şəhərin girov insanları… Məndən, səndən fərqli olaraq, əllərində bayraq yurdlarına getməyə cəsarətləri çatdı. Üç nəfər idilər. İki qaldılar. İkinin sıfır olmaması üçün daha çox çalışmaq lazımdı. XİN-in bir açıqlaçasını oxumuşdum: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə bu istiqamətdə müzakirələr davam etdirilir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bu məsələdə aktiv işlər aparılır. Beynəlxalq təşkilatlarla də müntəzəm danışıqlar aparılır. Onları azad etmək üçün bütün lazımı tədbirlər görülür".


Protokol  cümlələr… Elə torpaqlarımızın azadlığı üçün də neçə illərdi bu cümlələri eşidirdik. Biz şablon cümlələr və rəsmi yazışmalara davam etməkdənsə, separatçı rejimə effektiv  təzyiq göstərmənin yollarını axtarmalıyıq.  Qondarma bir separatçı rejimin çıxardığı hökmün heç bir ciddiyyəti olmadığını bilirik. O üzdən gərəkirsə, bütün dünyada Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları başlaya bilər. Eləcə də dünyadakı əhəmiyyətli beynəlxalq tədbirlərdə...


Kəlbəcər Azərbaycanın torpağıdır və Azərbaycan vətəndaşı öz torpağında girov götürülə, həbs edilə bilməz!  Ona görə də məsələni beynəlxalq təşkilatlar həll edəcək deyib, gözləmək yanlışdır! İki insanın ölümünü gözləmək ayıbdır! Mən diplomat deyiləm, bəlkə o üzdən məsələyə duyğusal yanaşıram. Amma Dilqəmin son məktubu onu göstərir ki, biz çox gecikirik və bu məktub son ola bilər! O zaman sinifdə qalacaqsınız! "3 dənə iki" sizin olacaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Gürcüstanda yeni koronavirus REKORDU 4 Dekabr 2020, 12:13 Soydaşlarımız Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz etdilər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı 4 Dekabr 2020, 12:04 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?