26 Fevral 2019, 13:25 | Ana Səhifə - Yazılar - Bir millət... deyiriksə...
Bir millət... deyiriksə...

Mülatif Adurov,
veteran telejurnalist

 

Onda dilimiz niyə ayrı olmalıdır?


Uzun illər bundan əvvəl rast gəldiyim bir hadisə barədə. Uzun illər deyəndə haradasa ötən əsrin ortalarında – sovetlər dönəmində ara-sıra Moskvaya, digər şəhərlərə yolumuz düşəndə harada türk filminin nümayiş etdirildiyini öyrənirdiksə, dərhal həmin kinoteatra gedərdik. Film rus dilində tərcümə ilə səsləndirilirdi. Aktyorların səsləri isə çox zəif gəlirdi. Buna baxmayaraq filmdən zövq alardıq.

O zamanlar Azərbaycan kinoteatrlarında türk filmləri nadir hallarda göstərilərdi – çox nadir hallarda. Pantürkizm əndişəsi o qədər güclü idi ki, kimsə buna səsini çıxarıb etiraz edə bilməzdi.


Nəhayət, Bakıda da türk filmləri festivalı (ara-sıra) baş tuturdu. Bu, biz gənclər üçün əsl bayram olardı. Təxminən bir-iki kinoteatrda – xüsusən “Nizami” kinoteatrında festivala çox çətinliklə bilet tapa bilirdik. Burada da film mütləq tekstlə tərcümə olunurdu. Tamaşaçılar tərcümə başlayan kimi buna etiraz olaraq döşəməni təpikləyir, fit çalırdılar. Belə hal xeyli davam edərdi. Nəhayət, filmin nümayişi dayandırılardı, qaydanı pozanlar tapılmazdı. Bir neçə dəfə belə “cəza” tətbiqindən sonra tərcüməni səsləndirmirdilər, daha doğrusu, buna məcbur olurdular, axı, seanslar arasında vaxt məhdudlaşırdı.


Yalnız bundan sonra, demək olar ki, bütün tamaşaçılar mövzusundan asılı olmayaraq filmdən zövq alırdılar, təki türkcə səslənsin!


İllər ötüb. Bizim bir millət iki dövlət olduğumuz bərqərar edilib. Ancaq neyləyəsən ki, xarici filmlər həm kinoteatrlarda, həm də televiziya kanallarında tərcümə olunur. Belə qərara alınıb. Hətta televiziyaların xəbərlər proqramlarında çıxışlar belə tərcümə edilir, türk dili də yabançı dil kimi o sıraya daxil edilib. Buna ehtiyac varmı? Əslində  bəzi televiziyalar buna çox vaxt əməl etmirlər.


Ümid edirik ki, türk dili ilə Azərbaycan dili arasındakı fərqə rəy sorğusu keçirilməklə yenidən baxılacaq, bir millət məfhumu öz təsdiqini tapacaqdır.


Məsələn, biz azərbaycanlıların əksəriyyəti rus dilini başa düşsək də, o dil ingilis, fransız, gürcü, yunan dilləri kimi bizim üçün yabançıdır.


Həmin dillərdə danışıqlar nöqtəbənöqtə tərcümə olunmalıdır. Amma qardaş dili dediyimiz türk danışığını (xüsusən çıxışlarını) tərcüməyə ehtiyacı bir-iki faizə bərabərdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56 Pikassonun şah əsəri 103,4 milyon dollara satıldı 14 May 2021, 13:51