Modern.az

Azərbaycanda taxıl biçini başa çatıb

Azərbaycanda taxıl biçini başa çatıb

28 Sentyabr 2009, 17:32

Azərbaycanda taxıl biçini mövsümü başa çatıb. Modern.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 1-dək 1 milyon 91 min 400 hektar (ümumi əkin sahəsinin 99,8 faizi) dənli və dənli paxlalı bitkilərin sahəsi (qarğıdalı istisna olmaqla) biçilib döyülüb. Həmin sahələrdən 2 milyon 831,8 min ton taxıl toplanıb, hər hektardan orta hesabla 25,9 sentner məhsul götürülüb. Yığılmış məhsulun 2 milyon 137,5 min tonu payızlıq və yazlıq buğda məhsuludur.
Ötənilkindən 498,7 min ton və ya 21,3 faiz çox məhsul əldə edilib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir