Modern.az

AHİK-dən nümunəvi təşəbbüs

AHİK-dən nümunəvi təşəbbüs

Aktual

4 İyul 2026, 12:51

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib.

Modern.az xəbər verir ki, AHİK-in və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdiyi aksiya IDEA İctimai Birliyinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə sahəsində reallaşdırdığı təşəbbüslərə töhfə vermək, sağlamlıq və istirahət mərkəzlərinin təbii mühitinin qorunması, qonaqlar üçün daha yaxşı şərait yaratmaq məqsədilə təşkil olunub.

Aksiya çərçivəsində sağlamlıq mərkəzinin ərazisində abadlıq işləri görülüb, yaşıllıq sahələrinə qulluq göstərilib.
Həmkarlar ittifaqları tərəfindən ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən sosial-ekoloji tədbirlər bundan sonra davam etdiriləcək.
153236915323711532372153237315323751532376

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...