Çin dünyanın ən böyük günəş istilik elektrik stansiyasında 15 927 heliostat güzgünün quraşdırılmasını başa çatdırıb.
Modern.az xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.
Məlumata görə, quraşdırılan 15 927 heliostat güzgü ümumilikdə 800 min kvadratmetr ərazini əhatə edir ki, bu da təxminən 112 futbol meydançasının sahəsinə bərabərdir.
100 meqavat gücündə olan günəş istilik elektrik stansiyası Tibetin yüksək dağlıq Anduo bölgəsində yerləşir. Stansiyanın oktyabr ayında istismara verilməsi planlaşdırılır.