Modern.az

Rusiya hərbçilərinin yerləşdiyi ərazilərdə partlayışlar

Rusiya hərbçilərinin yerləşdiyi ərazilərdə partlayışlar

Dünya

Bu gün, 14:28

Malidə silahlılar bir neçə şəhərə silsilə hücumlar ediblər

Modern.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, şənbə günü səhər saatlarında Malinin bir neçə şəhərində silahlı hücumlar həyata keçirilib.

Məlumata əsasən, hücumlar arasında hökumət qüvvələri və Rusiya hərbçilərinin yerləşdiyi şimal şəhərləri də var. Ordunun yaydığı açıqlamaya görə, hücumlara məruz qalan yaşayış məntəqələri arasında Anefis, Aqelhok, Qao, Sevare və Keniyoroba yer alıb.

Bildirilir ki, müxtəlif bölgələrdə raket zərbələri endirilib və güclü partlayışlar baş verib.

Azadlıq Ordusunun (SLO) nümayəndəsi Məhəmməd Əlmaulud Ramadanenin sözlərinə görə, silahlılar Anefis şəhərinə daxil olublar. Həmin əraziyə daha əvvəl strateji əhəmiyyətli Kidal şəhərindən geri çəkilən hökumət qüvvələri və Rusiyanın Afrika Korpusunun hərbçiləri yerləşdirilmişdi.

Qao şəhərində yerli rəsmilər hərbi düşərgəyə səhər tezdən raket və artilleriya hücumlarının davam etdiyini bildiriblər.

Sevare şəhərinin sakini isə Reuters-ə açıqlamasında deyib ki, səhər saatlarında atışmalardan sonra şəhərin qərb hissəsində ardıcıl dörd güclü partlayış baş verib.

Keniyorobada isə Malinin siyasi müxalifət üzvlərinin saxlanıldığı həbsxana yerləşir. Həbsxananın hücumun əsas hədəfi olub-olmadığı hələlik məlum deyil.

Tuareqlərin rəhbərlik etdiyi Azavadın Azadlığı Cəbhəsi hücumlara görə məsuliyyəti üzərinə götürüb.

Qeyd edək ki, həmin qruplaşma bu ilin aprelində "Əl-Qaidə"nin regional qolu ilə birlikdə paytaxt Bamakoda hava limanına hücum etmiş, nəticədə ölkənin müdafiə naziri öldürülmüşdü.

Reuters qeyd edir ki, son hücumlar Malidə hakimiyyətdə olan hərbi rəhbərliyin ölkədə təhlükəsizliyi təmin etmək vədlərini yerinə yetirə bilmədiyini göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV