Modern.az

ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi

ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi

Aktual

4 İyul 2026, 13:25

ABŞ səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ölkə bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasına görə Azərbaycana təşəkkür edib.

Modern.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, bu təşəbbüs böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılanıb:

"Bu görüntü ABŞ-Azərbaycan dostluğunun otuz ildən artıq tarixinin gözəl rəmzi və avqustun 8-dən bəri birlikdə əldə etdiyimiz irəliləyişin xatırlatmasıdır".

 

Sizə yeni x var
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?