Modern.az

Putin Trampa vurduğu teleqramda nə yazıb?

Putin Trampa vurduğu teleqramda nə yazıb?

Dünya

4 İyul 2026, 12:26

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə ABŞ Prezidenti Donald Trampa təbrik teleqramı ünvanlayıb.

Modern.az xəbər verir ki, Putin təbrik məktubunda ABŞ dövlətinin yaranmasını dünya tarixinin mühüm hadisələrindən biri kimi dəyərləndirib.

Rusiya lideri bildirib ki, ABŞ-ın yaranması ilə nəticələnən Müstəqillik Bəyannaməsinin imzalanması bəşəriyyət tarixində əlamətdar mərhələ olub.

O, məktubunda Müstəqillik Bəyannaməsinin qəbulunu "dünya tarixinin mühüm mərhələsi" adlandıraraq, bu hadisənin beynəlxalq siyasi sistemin formalaşmasına təsir göstərdiyini vurğulayıb.

Putin həmçinin ABŞ xalqını milli bayram münasibətilə təbrik edib və ölkəyə firavanlıq arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?