Modern.az

Bakıda mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə regional görüş olacaq

Bakıda mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə  regional görüş olacaq

28 Sentyabr 2009, 17:47
Bakı-İslam Mədəniyyəti Paytaxtı elan olunması çərçivəsində 30 sentyabr – 2 oktyabr 2009-cu il tarixlərində “Asiya üzv ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə mütəxəssislərin regional görüşü” adlı tədbirin keçirilməsi nəzərdə tutulur.  Bu barədəd Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Regional görüş Mədəniyyət və Turizm Nazirliyi  və İSESKO - İslam Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının Tehrandakı Regional Ofisi ilə birgə keçirilir. Görüşün məqsədi mədəni irs və turizm sahəsində çalışan beynəlxalq və yerli mütəxəssislərin bilik və təcrübə mübadiləsidir. Həmçinin bu müxtəlif sahələrin bir-biri ilə olan sıx əlaqələrinin tədqiqidir. Beynəlxalq tədbirdə Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya və Malayziyadan mütəxəssislər iştirak edəcək.  İSESKO-nun Tehrandakı Regional Ofisinin rəhbəri Abbas Sədri görüşdə məruzə ilə çıxış edəcək.
Tədbirin açılış mərasimi 30 sentyabr 2009-cu il tarixində saat 10.00-da “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyində keçiriləcək.
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır