Modern.az

Elçin Hami Axundov : “Çəkdiyimiz cizgi filmlərinin pulunu telekanallardan məhkəmə yolu ilə alırıq"

Elçin Hami Axundov : “Çəkdiyimiz cizgi filmlərinin pulunu telekanallardan məhkəmə yolu ilə alırıq"

31 Avqust 2009, 16:22

Azərbaycanda animasiya filmlərinin hazırki vəziyyəti ilə bağlı müxtəlif fikirlər səslənir. Bu sahənin mütəxəsisləri texniki imkanların zəifliyini, kadr çatışmazlıqlarını əsas gətirərək nöqsanların olduğunu etiraf edirlər. İctimaiyyət nümayəndələri isə animasiya istehsalı haqqında birmənalı şəkildə tənqidi fikirlərdə olublar. Təbii ki, bunun səbəbləri var. Son illərdə sözügedən sahədəki durğunluq, çəkilən qısametrajlı animasiya  filmlərinin texniki keyfiyyət problemi, reklam mexanizmindəki nöqsanlar bu qəbildən olan səbəblərdəndir. Amma kadr çatışmazlığı poblemin başında dayanır.

“Azanfilm” studiyasının direktoru Elçin Hami Axundov Modern.az-a açıqlamasında Azərbaycandakı animasiya filmləri sahəsindəki problemlərdən danışıb. Onun sözlərinə görə, problemlər bir neçə istiqamətdə özünü göstərir. Ümumi durumu kafi qiymətləndirən müsahibimiz vəziyyətdən çıxış yolu kimi konkret istiqamətlər göstərib: “Bizim problemlərimizin başında kadr çatışmazlığı durur. Bu sahədə vəziyyət yaxşı deyil. Tələbələrimizin əksəriyyəti Rusiya, Türkiyə və digər ölkələrdə təhsil alandan sonra Azərbaycana qayıtmayıblar. Səbəb maddi və texniki problemlərdir. Sank-Peterburqda kinostudiyası fəaliyyət göstərən,  “Disney” kinostudiyasında çalışan, Türkiyə, Polşa animatorları ilə əməkdaşlıq edən  yetirmələrimiz var. Kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə və milli animasiyanın inkişafı üçün Nazirlər Kabinetinə layihə təqdim etmişəm. Həmin layihədə animator rəssamların seçilməsi, onlarla iki illik master-klasların keçirilməsi nəzərdə tutulub. 2010-cu ildə layihənin təsdiqlənib icra olunmaq üçün bizə göndərilməlidir. Əgər bu işləri başa çatdıra bilsək, fikrimcə cizgi filmləri sahəsində inkişafdan danışmağa dəyər”. Müsahibimiz “son illər hansı animasiya filmləri çəkilib” sualını belə cavablandır: “Qısametrajlı filmlər çəkilib. “Cavanşır”, “Qarğa balası” , “Qızıl”, “Ayna”, Siçan və pişik”, “Cəsur təyyarə” və başqa animasiya filmlərini çəkmişik. Əlbəttə bu az göstəricidir. Əgər bizim kadr potensialımız olarsa, daha çox iş görə bilərik”.

Elçin Hami Axundov deyib ki, istehsal olunan animasiya filmlərinin efirə getməsində problemlər yaşanır. Reklam mexanizmindəki boşluqlar milli cizgi nümunələrinin tamaşaçıya çatdırılmasında əngəllər yaradır. “Çəkilişlər zamanı telekanalların əməkdaşları veriliş planlarını doldurmaq üçün tez-tez maraqlanırlar. 2000-ci ildən sonra 10-a yaxın film çəkmişik. Televiziyalara dəfələrlə müraciət etsək də, bizə laqeyd münasibət göstəriblər. Milli Qəhrəman Çingiz Mustafayevin ad günündə ANS telekanalı “Cavanşir” filmini yayımladı.Təsəvvür edin ki, telekanallar animasiya filmlərini efirə verəndən sonra onlardan pulu məhkəmə yolu ilə alırıq”.

        

Cavid Zeynallı

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...