Modern.az

İTV hələ 2014-cü ilədək dövlət büdcəsindən maliyyələşdiriləcək

İTV hələ 2014-cü ilədək dövlət büdcəsindən maliyyələşdiriləcək

Mədəni̇yyət

30 Sentyabr 2009, 19:17

Milli Məclisin (MM)  sentyabrın 30-da keçirilən iclasında “İctimai Televiziya və Radio Yayımı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) dövlət büdcəsindən maliyyələşməsi müddətinin 2014-cü ilə kimi uzadılması barədə məlumat verib.
Komitə sədri deyib ki, qanuna bir neçə dəyişiklik təklif olunur. Onlardan biri də İTV-nin dövlət büdcəsindən maliyyələşdirilməsi müddətinin artırılması ilə bağlıdır.
Onun sözlərinə görə, İTV-nin dövlət büdcəsindən maliyyələşdirilməsi müddəti bu ilin sonunda başa çatır. N. Cəfərov deyib ki, layihədə həmçinin İTV Yayım Şurası üzvlərinin toplanması barədə də dəyişiklik təklif edilir. Qeyd olunub ki, şura üzvləri indiyə kimi iki ayda yox, 6 ayda bir dəfə toplanmalıdırlar. MM üzvləri qeyd edilən və digər texniki xarakterli dəyişikliklərin qəbul edilməsinə səs veriblər.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi