22 İyun 2019, 15:13 | Ana Səhifə - Yazılar - Şərq və Qərb
Şərq və Qərb

Firuz Mustafa

(dixotomiya)


Cozef Redyard Kiplinq (1865–1936) deyirdi ki, Şərq Şərqdir, Qərbsə Qərbdir.

Əslində Şərqlə Qərb arasında Çin səddi yoxdur. Amma, ancaq, lakin və fəqət... Arada bəzi fərqli məqamlar var.

Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.

Qərbdə rasionallığa, Şərqsə isə nağılçılığa meyl güclüdür.

Qərb ağla söykənir, Şərq qəlbə.

Qərb beşiyə təzim edir, Şərqsə qəbrə.

Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.

Qərb rasionaldır, Şərqsə irrasional.

Qərbdə şəxsiyyət güclüdür, Şərqdə isə şəriət.

Qərb sıçrayışlarla irəliləyir, Şərq isə inersiya ilə.

Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.

Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı isə daha çox təbiətlə təması sevir.

Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.

Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.

Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.

Qərbdə qanunlar, Şərqdə isə ənənələr hökmrandır.

Qərbli gördüyünə, şərqli isə eşitdiyinə daha çox inanır.

Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.

Qərb analizə, Şərq sintezə üstünlük verir.

Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara isnad edir. 

Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.

Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzzlərin təmin edilməsinə.

Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.

Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.

Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.

Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.

Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.

Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.

Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq qərbdən pulla geri alır.

Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.

Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər Çin səddi qədər enli yox, olsa-olsa çin kağızı qədər ensizdir. 

Qərbi Şərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.

Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39 Türkiyədə beş gündə 132 yanğın olub   2 Avqust 2021, 23:33 Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33 Eldəniz Səlimov YAP-dan ÇIXARILDI 2 Avqust 2021, 17:27