29 İyul 2019, 12:59 | Ana Səhifə - Yazılar - İyirmi yaşlı Azərbaycan bələdiyyəsi
İyirmi yaşlı Azərbaycan bələdiyyəsi

Vüqar Tofiqli,
Belediyye.info resursunun və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB təsisçisi

Bu ilin sonunda həm bələdiyyə seçkiləri keçiriləcək, həm də bələdiyyələrin formalaşmasının 20 ili tamam olacaqdır. Bu günədək keçirilmiş bələdiyyə seçkiləri dekabr ayına düşdüyündən güman etmək olar ki, yubiley tədbirlərinin də elə bu ayda keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Lakin seçki prosesi bu tədbirləri ertələyə də bilər. Bu da təbiidir.


Bizim bu yazıda əsas təklifimiz isə məhz yubiley tədbirləriylə bağlı müəyyən təklifləri ictimailəşdirməkdir.


Bu da bir faktdır ki, istənilən sahədə çalışan insanların zəhməti və sahənin inkişafıyla bağlı xidmətləri olan şəxslər cənab Prezidentin diqqətindən yayınmır. Bunun üçün ilk olaraq həmin sahədə çalışanların peşə bayramı təsis edilir, hər il də davamlı olaraq müyyən təqdimatlar həyata keçirilir. Bu həmin sahədə çalışanlar üçün həm diqqətdir, həm də gələcəkdə daha səmərəli fəaliyyət üçün bir stimuldur.


Yubiley ərəfəsində bələdiyyə sahəsiylə bağlı hansısa bir  addımın atılması gözləniləndir.


Dəfələrlə bu məsələ ilə bağlı siyasi xadimlər, Milli Məclisin üzvləri tərəfindən, o cümlədən, bizim də QHT təmsilçisi olaraq tərəfimizdən “Bələdiyyə günü”nün qeyd edilməsi təklif olunub.


Burada bir məqam var ki, ölkəmizdə hazırda 1607 bələdiyyənin 15 min nəfərdən artıq üzvü və bir o qədər də bələdiyyə qullquçusu vardır. Bələdiyyə qulluqçuların peşə bayramı kimi həmdə bütövlükdə üzvlərə, o cümlədən bu sahə ilə bilavasitə bağlı olanlara aid edilməsi mümkün olan “Bələdiyyə günü”nün təsis edilməsi məqbul sayıla bilər.


Bununla yanaşı,   fəal   bələdiyyə üzvlərinin və qulluqçularının, bu sahənin fəaliyyətinin təbliğiylə məşğul olanların dövlət mükafatlarına təqdim edilməsi də təkliflər sırasındadır.


Açıq deyək ki, bu sistemin formalaşmasında xidməti olan insanlar vardır. Onların iyirmi illik fəaliyyətinə qiymət verilməsi dövlətin hər zaman bələdiyyə sisteminə göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirilə bilər. Bunun üçün xüsusi orden və ya medalın da təsis edilməsi mümkündür.


Sözsüz ki, bu və ya digər təkliflərin reallaşması ölkə başçısının iradəsindən asılıdır.


Bu gün tam səmimi etiraf etməliyik ki, bələdiyyələrdə əvvəlki illərdə formalaşmış “neqativ və torpaq satan bir qurum” fikri də məhz Prezidentin atdığı inamlı addımlardan sonra əriməyə başlamış, bələdiyyələr də bu tənqiddən lazımınca nəticə çıxarmışlar. Sözsüz ki, nəticə çıxarmayanların sayı ilbəil azalmaqdadır.


İnanıram ki, Cənab Prezident bələdiyyələr üçün belə bir yubiley günü ilə bağlı xüsusi proqramın təsdiq edilməsini diqqətdə saxlmaqla, həm də bu sahədə çalışanların üzərinə böyük bir məsuliyyət yükü qoymuş olacaqdır.


Əminəm ki, hər bir müraciəti diqqətdən kənarda saxlamayan cənab Prezident İlham Əliyev bizim də bələdiyyələrin fəaliyyətinin və bu istiqamətdə dövlət siyasətinin təbliğiylə məşğul olan QHT və media təmsilçisi olaraq təklifimizi diqqətdən kənarda saxlamayacaqdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi 25 Yanvar 2021, 18:40 Azərbaycanda yoluxma 100-dən aşağı düşdü - 11 nəfər öldü 25 Yanvar 2021, 18:32 Gömrükdə 21 kq narkotik aşkarlandı - VİDEO 25 Yanvar 2021, 18:14 Ərzaq mağazasında yararsız məhsullar aşkarlandı 25 Yanvar 2021, 18:05 250 qırqovul vəhşi təbiətə buraxıldı 25 Yanvar 2021, 17:58 Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı 25 Yanvar 2021, 17:52 Ombudsmanın nümayəndəsi həbsdəki jurnalistlə görüşdü 25 Yanvar 2021, 17:46 İstanbulda İNSİDENT: 3 Rusiya vətəndaşı bıçaqlandı 25 Yanvar 2021, 17:40 Qafqazda yeni nizamın arxitektoru: Azərbaycan - TƏHLİL 25 Yanvar 2021, 17:35 Putin Davos forumunda bu tarixdə çıxış edəcək – AÇIQLAMA 25 Yanvar 2021, 17:29 MEDIA silsilə təbirlərə başladı - Hikmət Hacıyev ustad dərsi verdi 25 Yanvar 2021, 17:23 Milli Qəhrəmanın qızı Milli Məclisə gəldi 25 Yanvar 2021, 17:17 Ceyhun Bayramov - Cavad Zərif görüşünün təfərrüatları AÇIQLANDI 25 Yanvar 2021, 17:11 “Azərişıq” və “Azəriqaz” arasında memorandum imzalandı 25 Yanvar 2021, 17:05 Füzulinin Kürdlər kəndi - VİDEO 25 Yanvar 2021, 17:00 Gənc ailələrin sosial vəziyyəti müzakirə olunacaq 25 Yanvar 2021, 16:54 Co Baydenin Administrasiyası Azərbaycanda hansı partiyanı tanıyır... 25 Yanvar 2021, 16:48 Bayraq sancarkən şəhid olan bölük komandiri - FOTOLAR 25 Yanvar 2021, 16:43 ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı 25 Yanvar 2021, 16:38 Bu səfər o qədər də Zərif deyil... - ŞƏRH 25 Yanvar 2021, 16:32 Şəhid ailələri və qazilər 5 ilə mənzillə təmin olunacaqlar - RƏSMİ 25 Yanvar 2021, 16:29 “Böyük İyirmilik” sammiti Azərbaycana  yeni investisiya imkanları yaradacaq 25 Yanvar 2021, 16:23 Fərman İsmayılovun cənazəsi Bakıya göndərilir - FOTO 25 Yanvar 2021, 16:17 Nazirlikdən qar uçqunu ilə bağlı əhaliyə müraciət - VİDEO 25 Yanvar 2021, 16:11 Putinə gizli sarayı ilə bağlı sual verildi: “Mənə məxsus deyil” 25 Yanvar 2021, 16:05 Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı 25 Yanvar 2021, 16:04 AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi 25 Yanvar 2021, 15:58 İranın nüvə proqramı təhlükədirmi?.. - TƏHLİL 25 Yanvar 2021, 15:52 Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi 25 Yanvar 2021, 15:47 30 prokurorluq işçisi CƏZALANDIRILIB 25 Yanvar 2021, 15:42 Lavrovla Zərif Qarabağı müzakirə edəcək 25 Yanvar 2021, 15:36 Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı 25 Yanvar 2021, 15:30 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:25 SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Öldürülən dənizçinin cənazəsi tezliklə Azərbaycana göndəriləcək - Çavuşoğlu 25 Yanvar 2021, 15:16