3 Sentyabr 2019, 16:11 | Ana Səhifə - Yazılar - Yolantanın hekayəsi
Yolantanın hekayəsi

Vasif İsmayıl

İllər əvvəl indiki kimi Odnoklassniki, Facebook-zad tərzində sosial şəbəkələr yox idi. Camaat MIRC və ICQ-da tanış olurdu.

Yolantanı ICQ-da tanıdım. Varşava bələdiyyəsində işləyən 30 yaşına çatmamış gözəl br qız idi. Misirli bir oğlanla ailə qurmaq istəyirdi, amma oğlanın ailəsi onu istəmədiyi üçün müsəlman məntiqini anlamaq istəyirdi. Oğlan və ailəsi ona həqiqətən çox pisliklər etmişdilər. Mən də qeyri-ixtiyari Yolantadan soruşdum:

-Yola, sənin işin-gücün yoxdur?! Polşadan özünə bir oğlan tap da.

Yolanın cavabı epopeal idi:

-Polşada bütün yaxşı oğlanlar artıq tutulub. Qalan oğlanlar isə ya homoseksualdır, ya da sərxoşluq edirlər. Deyil evlənməyə, yatağa belə girməyə oğlan tapa bilmirəm.

Diqqət etmisinizsə, ailə və cəmiyyət quruluşu coğrafi kriteriyalar üzrə ayrılıbdır. Ərəb belə eyni millət olsa da, coğrafi yaşayış məkanına görə fərqli ailə və cəmiyyət quruluşuna sahibdir. Bir osetinin cəmiyyət və ailə quruluşu qonşusu inquşun quruluşuna çox bənzəyir və s.

Bunun səbəbi çox sadədir.

Bu dünyada canlıya aid nə varsa, onun altındakı əsas elm biologiyadır (əslində kimya). Biologiyada əsas qanun Darvinin təkamül nəzəriyyəsinin qanunlarıdır.

Bu dünyada insan cəmiyyətinin quruluşunun əsas elmi isə... iqtisadiyyatdır.

İqtisadiyyatdakı ən önəmli nəsnə isə... mənfəətdir.

İstənilən quruluş - istər ailə olsun, istərsə də cəmiyyət - ancaq mənfəət gətirərsə, ayaqda dura bilər.

Bizim cəmiyyətin də ailə və ümumi quruluşunun altında yatan təməl gəlir dağılmıdır.

Bizlər nə qədər təlim aparırıqsa aparaq.... fərqi yoxdur - cəmiyyətdəki gəlir bölgüsünü ədalətli etmək lazımdır.

Qadınların iqtisadi azadlığı əldə olunanda, artıq onu heç kəs döyə bilməyəcək. Ən azından ailədaxili şiddət Avropa səviyyəsinə enəcək.

Qadınlar iqtisadi azadlıq əldə etdiyi zaman evlənənlərin sayı azalacaq. Əvvəlcə tək anaların, daha sonra isə tək qadınların sayı artacaq.

Mədəni qanunda boşanmalar çətinləşdirilsə, evlənənlərin sayı kəskin azalacaq.

Və s. və s.

Bunlar yaxşıdır-pisdir, lazımlıdır-lazımsızdır söhbətinə girmirəm. Məramım sadədir: cəmiyyətin quruluşunun yaxşı tərəfinin də, pis tərəfinin də altında yatan səbəb iqtisadidir.

P.S. Ölkədə mənfəətin ədalətli bölgüsünün təmin edilməsini tələb etmənin axırı ən yaxşı halda "türmə" ilə nəticələndiyi üçün, biz yenə də camaata təlim keçməyə davam edək.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11 "Yuventus" evdə darmadağın oldu 10 May 2021, 01:00 Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək 10 May 2021, 00:55 Polislər ağac əkdilər - FOTO 10 May 2021, 00:46 Nigeriyada gəmi çevrildi - onlarla insan öldü 10 May 2021, 00:31 Bakıda maşın 4 piyadanı vurdu - ölən və yaralananlar var 10 May 2021, 00:23 500 min yəhudinin qatili erməni Salasyan 10 May 2021, 00:12 Heydər Əliyevin anadan olmasından 98 il ötür 10 May 2021, 00:01