Modern.az

Gənclər Təşkilatları Milli Şurası Modern.az-ın sorğusunda qalib gəlib

Gənclər Təşkilatları Milli Şurası Modern.az-ın sorğusunda qalib gəlib

5 Oktyabr 2009, 10:53

Modern.az saytı Azərbaycanda hansı gənclər təşkilatının daha fəal olmasına dair bir neçə həftədir davam edən internet sorğusunu yekunlaşdırıb. Qeyd edək ki, sorğuya adı daxil edilmiş gənclər təşikilatlarının üzvləri səsvermədə çox fəal iştirak ediblər. Sorğunun yekunlarına görə, Gənclər Təşkilatları Milli Şurası ən çox səs yığaraq səsverməni birinci yerdə başa vurub. Respondentlərin 24 faizi Gənclər Təşkilatları Milli Şurasını Azərbacanda ən fəal gənclər qurumu hesab edib.

İkinci yeri 22 faizlə "Dalğa" Gənclər Hərəkatı tutub. "Gənclər Klubu" İctimai Birliyi 18 faiz səs yığmaqla üçüncü olub. "İrəli" İctimai Birliyi və Avropa Tələbələr Forumu (AEGEE-Bakı) səsvermədə iştirak edənlərin 12 faizinin səsini alıb. "Ol" Azərbaycan Gənclər Hərəkatı isə respondentlərin 8 faizinin səsini əldə edib.

Gənclər Təşkilatları Milli Şurasının sorğuda birinci yeri tutmasını təbii saymaq olar. Çünki bu qurumun tərkibinə bir sıra gənclər təşkilatları daxildir. Belə olan halda, Şuranın daha çox səs yığaraq sorğuda qalib gəlməsi başadüşüləndir.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır