Modern.az

Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

Aktual

Bu gün, 14:40

Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30700 şəxsin məşğulluğuna dəstək göstərib.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 13700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, Agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar.

Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb ediliblər. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?