8 Noyabr 2019, 11:41 | Ana Səhifə - Yazılar - Niyə bir ola bilmirik?
Niyə bir ola bilmirik?

Məhsəti Şərif


8 ildi ölkədən çıxmışam. 8 ilin son 4 ilini Azərbaycana gəlməmişəm. Amma sosial şəbəkələr sağ olsun. Özümü heç bir zaman uzaqda hiss etməmişəm. Məsələn, Azərbaycanda olanda diaspora  yoxdu, iş görmür və s. kimi fikir səsləndirənlərdən biri də mən idim. Amma son bir neçə aydakı  müşahidələrim və gödüklərimdən sonra tam əminlilklə bir sey deyə bilərəm: öncə xaricdə yaşayan insanlar bir-birini dəstəkləməlidir. Diaspor sadəcə bir qrumdur və işi təbliğat aparmaq,  lobbiçiliklə məşgul olmaq və s.-dir. Amma öncə eyni vətənin övladları bir olmalıdır.

Təəssüf ki, mən 8 ildə bu birliyi görmədim. Toplantılar oldu, bizim elin insanlarının mübahisəsi, bir-birlərini qaralaması, "mən daha yaxşıyam” iddiası ürək bulandırdı. Hətta utandıq içimizdə. Axı niyə əl-ələ verib, birlikdə iş görə bilmirik? 

Çünkü hər kəs lider olmaq eşqindədir. Sıravi, kiçik iş yerlərində işləyən həmvətənlərimizdən belə aqresiyya, əsəb, nifrət gördüm. Axı niyə biz özümüzə qənimik? Niyə şəxsi ambisiyalarımızın oduna yanaraq, milli maraqları qorumuruq? Başqa bir ölkədə, bu qardaş ölkə olsa belə, "ax bizim millət" ifadəsi könlündən keçirsə, bu içdən-içə ürəyimi yandırır. 

Heç unutmuram, balaca Zəhranın şəhid edildiyi zaman idi. Türkiyədə yaşayan bir qrup həmvətənlimizlə dedik ki, turistlərin çox olduğu İstanbulun Taksim meydanına çıxaq və uşaq qatili olan ermənilərin son qətli ilə bağlı etiraz edək. O zaman bir neçə təşkilata da bu barədə məlumat verdik. Amma İstanbulda yaşayan minlərlə Azərbaycan vətəndaşından təxminən  50 nəfər gəlmişdi. Bilirsinizmi niyə? Səbəb çox açınacaqlıydi. Etirazı təşkil edənlər  təklif etmişdi ki, “bu ümumi dərdimizdi. Aksiyada təşkilat adı çəkilməsin. Balaca Zəhranın şəkli və Azərbaycan bayrağı olsun”.
Amma bizim təşkilatlar "yox mənim adım olsun" davasının sonu olaraq, o aksiyayada iştirak etmədi.

Bunun kimi yüzlərlə misal çəkərəm. Xaricdə yaşayan bizlərin faydasızlıqları ilə bağlı. Rəsmi tədbirlərdə belə kulislərdə bir-birlərini qaralamaq üçün çalışan insanlar burda heç bir iş apara bilməzlər. Deyəcəksiniz ki,  Türkiyə qardaş ölkədi. Orda hər şey daha rahatdı. Əsla, düşünülən kimi deyil. Məncə elə ən yaxından başlamaq lazımdı. Amma rəsmi qurumlar bu işi təkbaşına bacarmaz. Dispor işi tək pulla və ya toplantılarla, porotokolla olmur. Öncə vətəndaşlar diaspora olmalıdır. Bir-birlərinə hərtərəfli dəstək verməlidir.

Bir neçə gündü ki, erməni şou ulduzu Amerikada yaşayan Kim Kardaşyanın Ermənistandakı şəkilləri müzakirə olunur. Amerika Senatının yetkili şəxsi Kim Kardaşyan üçün "erməni soyqırımı" məsələsini qəbul etdiklərini deyir. Hansı ölkədə bizim hansı məhşurumuz üçün qanun qəbul edilib? Səsini və sənətini bəyənmirsiz. Ara mügənnisi adlandırırsınız Üzeyir adlı mügənnini. Aman Allah, bir ili türk səhfəsində onun mahnıları paylaşılmışdı. Bütün azərbaycanlı bacı-qardaşlar Üzeyiri " ag yuyub qara" sərdilər.  Kor gözlüsünə “badəm gözlü” deyən millət var qarşımızda. Biz neynirik, özümüzdən olan kim olursa olsun, pisləmək üçün sıraya giririk.

Son günlər rastlaşdıgım bir neçə məsələdən sonra diasporu əsla müzakirə etməmək qərarına gəldim. Öncə vətəndaş olaraq biz özümüzün vicdanını, milli ruhunu tərbiyə etməliyik. İçimizdəki mənəmıik duyğusunu "biz"lə əvəzləməliyik. Hansı ölkədə olursaq olaq, öncə bir-birimizə dəyər verib, dəstəkləməliyik. Başqa ölkəkərdə  "imzasız məktublaşma" proqramını sovetdən qalma başımızdan silməliyik. Amacımız bir olmalıdır. Amma müşahidələrim göstərir ki, biz hələ bu yanaşmayla çox diasporu "xoşbəxt" edəcəyik. Axı biz niyə bir ola bilmirik? Bu sualın cavabı çox mürəkkəbdi. Biz başqa ölkələrdə bir ola bilsək, əminəm ki, diaspor üçün başqa planlara gərək qalmaz...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29