Modern.az

Ermənistan atom stansiyasının ömrünü uzatmağa hazırlaşır

Ermənistan atom stansiyasının ömrünü uzatmağa hazırlaşır

Aktual

29 Sentyabr 2026, 12:38

Ermənistan və Rusiya nümayəndələri Metsamor Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətinin yenidən uzadılması layihəsini müzakirə ediblər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb. Sentyabrın 28-də İrəvanda keçirilən Birgə Koordinasiya Komitəsinin beşinci iclasında indiyədək görülən işlərə baxılıb, qarşıdakı tədbirlər və texniki həllər müzakirə olunub.

İclasda Ermənistan nazirinin müavini Narek Apitonyan, “Rosatom”un baş direktorunun birinci müavini Kirill Komarov, eləcə də AES-in və iki ölkənin aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Tərəflər ikinci enerji blokunun təhlükəsiz və uzunmüddətli istismarı üzrə əməkdaşlığı davam etdirmək niyyətlərini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır