Modern.az

Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırıldı

Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırıldı

İdman

Bu gün, 12:20

UEFA Millətlər Liqasının D Divizionunda Bakıda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristian-Petru Çokirka olacaq. Ona yan xətt hakimləri Maksimilian Vayss və Martin Obritsberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şafak Parmaksız yerinə yetirəcək.

VAR hakimi Manuel Şüttenqruber, onun köməkçisi Aleksandr Harkam olacaq.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?