17 Noyabr 2019, 12:49 | Ana Səhifə - Yazılar - Zabitin intiharı
Zabitin intiharı

Firuz Mustafa


(Olmuş hadisə)

Əvvəlcə istədim bu mövzuda bir bədii yazı, məsələn, hekayə və ya povest yazım. Sonra nədənsə fikrimdən daşındım. İndi həmin əhvalatı olduğu kimi, bədii təxəyyülə varmadan, necə olubsa elə o cür, həm də çox qısa şəkildə qələmə alıram.

Mənim qəhrəmanım real adamdır. Ailəvi tanışlığımız vardı. Ortaboylu, sifəti tunc kimi sərt, əzələli, azdanışan, fiziki və lap elə iradi cəhətdən də güclü bir oğlandı. Sovet dönəmində hərbi qulluğu Rusiyada başa vurmuşdu. Sonralar o zamankı Pedaqoji İnstitutun hərbi fakültəsini bitirmişdi. Bir müddət işsiz qalsa da ruhdan düşməmişdi. Tikintidə adi fəhlə kimi çalışıb, özü demiş “başını saxlayırdı”. Arabir mənim yanıma gəlirdi. Mütaliə sevən idi. Yeni çıxan kitablarımı oxuyb fikir söyləməyi də vardı.

Sonralar hərbi hissələrdən birinə işə düzəldi. Ön cəbhədə idi. Ürəkli, cəsur, qorxmaz, qayğıkeş bir zabit kimi həmkarları və əsgərlər tərəfindən sevilirdi.

Bir gün qardaşı ilə iş yerimə, EA-ya, yanıma gəldi. Utana-utana dedi ki, “müəllim, yaxınlarda toyum olacaq”. O, mənə dəvətnamə, mənsə ona xeyir-dua verdim. Və söz verdim ki, toyunda iştirak edəcəyəm. Zarafatla əlavə etdim:

- Mamedov, bilirsən ki, mən toylarda oynamıram. Amma əmin ol ki, sənin toyunda oynayacam…

Ertəsi gün eşitdim ki, mənim gənc dostum Mamedov, yəni Məmmədov soyadlı zabit intihar edib, öz alnına öz tapançasından atəş açıb. Səbəb…

Sən demə, toya bir gün qalmış nişanlısı başqa bir oğlana qoşulub qaçıbmış.

Heç bilmirəm bu intiharın əsgər şərəfi ilə bir əlaqəsi varmı?

MÜƏLLİFİN DİGƏR YAZILARI
QHT Agentliyi qrant müsabiqəsi elan etdi 3 Dekabr 2021, 23:44 Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?