1 Dekabr 2019, 16:38 | Ana Səhifə - Yazılar - Sən kimi deputat görmək istərdin?
Sən kimi deputat görmək istərdin?

Firuz Mustafa

Biri deyir ki, deputatlar gənc, yəni sütül adam olmalıdır. Bir başqası bunu inkar edib bildirir ki, deputat yaşlı, təcrübəli, ağsaqqal (və ya ağbirçək) adam olmalıdır. Bunlar yaşla bağlı təkliflərdir.

Cinslə bağlı təkliflər də irəli sürülür. Kimi deputatın kişi, kimi də qadın olmağını iddia edir.

Sosial statusla, lap elə iştaha və yemək-içməklə bağlı fikirlər də maraq doğurur. Məsələn, uzun illərdən bəri Milli Məclisdə kök atıb kökəlmiş bir deputat da bildirir ki, acları yox, artıq yeyib doyanları deputat seçmək (?) lazımdır.

Reklama görə deputat olmaq istəyənlər və onların tərəfdarları da az deyil. Məsələn, məşhur adamların (artist, müğənni, aktyor, aparıcı, şoumen və b.) fanatları öz kumirlərini bu uca kürsüdə görmək istəyir.

Bəlağətlə, həm də ucadan danışmaq istedadı olanların da öz azarkeşləri var və bu azarkeşlər öz sevimlilərini deputatlığa daha layiqli namizəd hesab edirlər.

Siyasi xadimlərsə parlamentdə yalnız debat aparmaq qabiliyyəti olan kəsləri təsəvvür edir.

Əlbəttə, bu konuda başqa şərt və təkliflər irəli sürənlər də var.

Təbii ki, mənim də öz arqumentim var. Əvvəla, parlamentə adamları təyin etmək yox, seçmək lazımdır. İkincisi, adamları yaş, cins, sosial təbəqə, peşə və s. kimi amillə bağlı deyil, parlamentari təfəkkürünə görə, həm də daha çox iqtisadi-hüquqi-siyasi və bir də fəlsəfi sahədəki bilik, bacarıq və səriştəsinə görə bu instituta seçmək lazımdır. (Sonuncu təklifi, yəni “fəlsəfi” məsələni özümə işarə olaraq dedim).

Yaxşı, dostum, bəs Sən kimi deputat görmək istərdin?

MÜƏLLİFİN DİGƏR YAZILARI
Dünyada virusa yoluxanların sayı 717 mindən çox artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48