Modern.az

Doqquz ayda Azərbaycandan 99 əcnəbi deportasiya olunub

Doqquz ayda Azərbaycandan 99 əcnəbi deportasiya olunub

7 Oktyabr 2009, 12:57

2009-cu ilin ötən 9 ayı ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə qanunsuz daxil olan 99 əcnəbi vətəndaş departasiya olunub. Bu barədə jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov bildirib ki, qurum Azərbaycana gələn immiqrantların sayını daim nəzarətdə saxlayır. Onun sözlərinə görə, Azərbaycanda Çindən gələn vətəndaşların sayında böyük artım yoxdur. İlin əvvəıindən bu fərq 200 nəfər təşkil edib. A.Rəhimov deyib ki, Azərbaycana əsasən Rusiya və Gürcüstandan immiqrantlar gəlir ki, onların da əksəriyyəti azərbaycanlılardır.
Dövlət Miqrasiya Xidmətinin rəhbəri onu da deyib ki, Rusiya və Gürcüstandan əlavə Azərbaycana İran, Türkiyə, Böyük Britaniya, Almaniya və Orta Asiya vətəndaşları da immiqrant kimi daxil olurlar.


Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı