Modern.az

Bakıdakı yeddi muzeyin veb-səhifəsi hazırlanıb

Bakıdakı yeddi muzeyin veb-səhifəsi hazırlanıb

8 Oktyabr 2009, 18:57

Oktyabrın 12-də Muzey Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Cəfər Cabbarlının ev-muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Əzim Əzimzadənin ev-muzeyi, Heydər Əliyev adına Muzeyi, M.S.Ordubadinin xatirə muzeyi və Nəriman Nərimanovun xatirə muzeyinin hər birinin ayrılıqda veb-saytının təqdimat mərasimi keçiriləcək.
Modern.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı şəhər mədəniyyət və turizm idarəsinin rəisi Əlikram Əliyev, nazirlik və idarələrin, muzeylərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, həmçinin KİV nümayəndələri işturak edəcək.
Saytların yaradılmasında məqsəd ölkəmizdə fəaliyyət göstərən muzeylər və orada sərgilənən eksponatlar haqqında məlumatların Azərbaycana gələn turistlərə geniş şəkildə çatdırılmasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür