Modern.az

Tramp oğlunun toy məclisini maliyyələşdirən rusiyalı oliqarxdan danışdı

Tramp oğlunun toy məclisini maliyyələşdirən rusiyalı oliqarxdan danışdı

Dünya

Bu gün, 16:57

ABŞ Prezidenti Donald Tramp oğlu Donald Tramp-Cuniorun toyundan sonrakı şənliklərin bir hissəsinin rusiyalı iş adamı Umar Kremlev tərəfindən maliyyələşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Modern.az xəbər verir ki, Tramp Umar Kremlevi tanımadığını deyib.

“Umarın kim olduğu barədə heç bir təsəvvürüm yoxdur, onun adını heç vaxt eşitməmişəm. O, Don və Bettinanın toyunun pulunu ödəməyib. Toy tamamilə başqa yerdə və başqa gündə keçirilib. Bu, onların şərəfinə təşkil olunan toy sonrası məclis idi. Burada xüsusi bir şey yoxdur”, – Tramp bildirib.

Bundan əvvəl “ProPublica” araşdırmasında Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlevin may ayında Baham adalarında keçirilən tədbirlərin bir hissəsinin xərclərini qarşıladığı bildirilmişdi. Nəşrin məlumatına görə, Kremlev özəl adalardan birinin icarəsi də daxil olmaqla yüz minlərlə dollar həcmində xərc çəkib.

Donald Tramp-Cunior və həyat yoldaşı Bettina Tramp da Kremlevin iki gecəlik toy sonrası şənliklərə ev sahibliyi etdiyini təsdiqləyiblər. Bettina bunu dostlarının “son dərəcə səxavətli toy hədiyyəsi” adlandırıb.

Məsələ ABŞ Konqresində də diqqət çəkib. Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratların yüksək vəzifəli nümayəndəsi Robert Qarsiya Kremlevin Donald Tramp-Cuniorla əlaqələri və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?