Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə elektron qaydada səs verib.
Modern.az xəbər verir ki, Rusiya lideri səsvermədə artıq altıncı dəfə elektron formatdan istifadə edib. Putin səsini Kremlin kabinetindən verib.
Bu gün Rusiyada bütün seçki məntəqələri fəaliyyətə başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, vahid səsvermə günü çərçivəsində seçkilər təxribat cəhdlərinə baxmayaraq, normal rejimdə başlayıb.
Moskva vaxtı ilə saat 13:25-ə olan məlumata görə, seçici fəallığı 10,09 faiz təşkil edib.
Rusiyada seçkilər üç gün davam edəcək və sentyabrın 18-dən 20-dək keçiriləcək.
Federal seçki dairəsində parlament uğrunda “Vahid Rusiya”, Liberal Demokrat Partiyası (LDPR), Birbaşa Demokratiya Partiyası, “Yaşıllar”, “Ədalətli Rusiya”, “Rodina”, Rusiya Kommunist Partiyası (KPRF), Pensiyaçılar Partiyası, “Rusiya Kommunistləri” və “Yeni insanlar” partiyaları mübarizə aparır.