9 İyul 2020, 17:14 | Ana Səhifə - Yazılar - Gəlin, xırdalayaq, günahkar axtarmayaq!
Gəlin, xırdalayaq, günahkar axtarmayaq!

Vasif İsmayıl

İCMAL: TƏBİB-ə qarşı aparılan kampaniyada İcbari Tibbi Sığorta məsələsinin məhv edilməsi həvəsini sezirəm.


MƏTN: Pandemiya dövrü Azərbaycanın siyasətinə, vəziyyətinə dalbadal tənqidlər gəlir. Belə baxanda vəziyyət həqiqətən də ürəkaçan deyil.


Gəlin, xırdalayaq!


Evimizdə oturmağa məcburuq. Əvvəl bu ancaq Bakı-Abşeron-Sumqayıt bölgəsinə, Lənkəran, Gəncə, Yevlax, Cəlilabad, Masallı şəhərlərinə aid idi. Amma indi bura Goranboy, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən də əlavə edildi.


Niyə belə edildi?


Xəstə sayı artdı deyə.


Niyə artdı?


Məsələn, nümunələr gətirirəm.


Dünən Goranboy rayonu Şəfəq kəndində ilk rəsmi yoluxma faktları qeydə alındı. İndiyə qədər bizim kəndlilər ancaq Gəncədə yoluxmuşdular. Onlardan biri xəstəsinə qulluq edən tibb bacısı, o birilərinin hamısı isə … yas yerinə getmiş kəndlilərimiz idi. Amma dünənki yoluxmalardan biri Goranboyda xüsusi rejimli xəstəxananın mühafizəçisi idi - başa düşüləndir, virus daşıyıcısı çox insanla təmasda olub.


Başqa bir evdə də qızdırması qalxan, artıq dadbilmə-qoxubilmə qabiliyyətini itirən bir vətəndaş var. Bütöv kənd mənimdir, xüsusilə o ev isə mənə çox yaxın bir evdir.


Bizim kənddən bir az yuxarıda yerləşən Qaraçinar kəndini postlarla bağlayıblar. Demək orada da vəziyyət yaxşı deyil. Orada neçə yoluxan var - bilmirəm -, sadəcə kəndin postlarla bağlandığını bilirəm. Haradan yoluxduqlarını da bilmirəm, amma haradasa bir ay əvvəl oraya getdiyimdə qonum-qonşu Bakıdan gələn qonaq kimi məni öpüb-qucaqlamağa çalışırdı. Bircə ifadə ilə mən “bibi, eləmə” deyəndə anladı, elə məsafədən mənə öpücük göndərdi, gülümsəyib başını aşağ salıb utanırmış kimi əllərini göbəyinin yanında birləşdirdi. Öz dayıoğluma da ərklə söylədiyim üçün məsafə gözləmək lazım gəldiyini anladı - məndən yaşca balacadır.


Bu gün iş yoldaşımdan daha əvvəl mənim əməliyyat etdiyim kirvəsinin vəfat etdiyini eşitdim. Ana bir xəstəxanada, ailənin qızı evdə xəstə, oğlu isə 34 yaşında ağır vəziyyətdə reanimasiyada. Qonaq gediblərmiş - oradan yoluxublar.


Bundan 3 ay əvvəl ortalıq təzə-təzə qarışanda AzTV seçkilərdə namizəd olmağıma, yeri gələndə düşündüyümü deməyimə baxmayaraq məni bir neçə verilişə dəvət etdi. Haradasa aprel ayının ilk həftəsi idi - verilişin birinci hissəsindən sonra nəzakətlə məni “göndərdilər”. Qonşumuz sadə zəhmətkeşin karantin qaydalarını pozduğu üçün “aylıq gəlirinin yarısı miqdarında cərimə olunduğunu” danışmış və verilişdə iştirak edən deputatdan “karantin qaydalarının tətbiqinin ilk həftəsindəki cərimələrin əfv edilməsini” rica etmişdim deyə. Əlbəttə mənə qovulma səbəbini zadı demədilər, amma uşaq deyiləm ki - anladım!


Bundan beş gün əvvəl o zəhmətkeş zəng etdi. Yoluxubmuş. Bəzi tövsiyələr verdim, vəziyyəti nəzərə alaraq evdə müalicə edilməsinə qərar verdik. Sonra gündəlik əlaqə saxlayırdıq. Dünən onun yerinə oğlu zəng etdi. Səsindən atası zənn edib “Qardaş, indi necəsən” deyə cavablandırdım. Oğlu məsələni başa saldı, kişiyə artıq oksigen balonu və qanda oksigen saturasiyasını ölçən cihaz aldığını, amma atasının buna baxmayaraq çox halsız olduğunu bildirdi. İndiki dövrdə öz yağında qovrulan bir ailənin o qədər də yaşlı olmayan atası üçün kim bilir hansı loxmasından kəsib oksigen balonu, oksimetr cihazı aldığını təsəvvür edərsiniz yəqin. Üstəlik, karantinin ilk günlərindəki “aylıq gəlirinin yarısı miqdarında cərimə olunduğunu” xatırlatmaq istəyirəm.

Bir az əvvəl media nümayəndələri zəng etmişdilər. Bir-birindən xəbərdar olmasalar da, soruşduqları suallar bənzər idi: TƏBİB rəhbəri payız aylarında xəstəliyin daha da tüğyan edəcəyini söylədiyini və mənim buna münasibətimi soruşurdular - camaat inciyirmiş.


Dünən çox paylaşılan bir “Feysbuk paylaşımı” gördüm. Orada da belə sual qoyulurdu:


“Əvəzində isə TƏBİB bizi yenə də sevindirir, "payızda vəziyət daha da pis olacaq" deyir.
Sənk yu veri maç, darlinq, budurmı TƏBİB-in pandemiya ilə mübarizədə informasiya strateqiyası?.
Varmı bunun dediklərini bir senzura edən?
Necə yəni daha da pis olacaq?
Əgər daha da pis olacaqsa və hamımız payızda qırılacayığsa, onda nə mənası var bu karantinin, açın-tökün hər yeri, ölümqabağı biraz şellənək, ürəklərdə o qədər son arzular var ki”.


Düz deyir! Siz də düz deyirsiniz - demək, camaat inciyirmiş -, elə TƏBİB də düz deyir (indi camaat daha çox inciyəcək).


Necə olur ki, tərəflərin ikisi də düz deyir?!


Əgər bir yerdə opponentlərin bir-birinə zidd fikir söyləməklərinə baxmayaraq, ikisi də haqlıdırsa, demək ki, həqiqət onların ikisindən də böyükdür.


Bu gün TƏBİB-i günahlandırmaq çox asandır. Bir kərə, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tibbi cəhətdən səlahiyyətli qurum odur. Koronavirus da tibbi məsələ deyil mi - əgər vəziyyət indiki kimi acınacaqlıdırsa, çimərliyə gedə bilmirik, rayona gedə bilmirik… a kişi, həyətə düşə bilmiriksə, yəqin günahkar onlardır.


Xeyr, əzizlərim!


TƏBİB koronavirus pandemiyasında insanlara tibbi xidmət göstərməklə məsuldur.


Koronavirus pandemiyası isə ictimai məsələdir - təbabəti aşır. Yəni, həqiqət təklikdə hamımızdan böyükdür.


TƏBİB mənim gözümdə pandemiya dövründə öz işini ən yaxşı həyata keçirən qurumdur. Əslində TƏBİB Azərbaycan əhalisinin hamısının tibbi sığorta ilə təmin edilməsi üçün yaradılmış quruluşdur. Mexanizm sadədir: İcbari Tibbi Sığorta Agentliyi (İTSA) sığorta ödənişlərini yığır, TƏBİB isə əhaliyə xidmət göstərir. İllərdir İTSA haqqında fərmanlar verilsə, söhbətlər getsə də, ilk dəfə 2020-ci ildə Azərbaycan əhalisinin hamısına tibbi sığorta əhatəsində xidmət edilməsi planlaşdırılıb.


Araya COVID pandemiyası girdi və TƏBİB sümükləri bərkiməmiş körpə kimi qaldırılması çətin olan yükün altında qaldı.


Gəlin, xırdalayaq!


TƏBİB nə iş görür?

Əhaliyə tibbi xidmət verir.


TƏBİB əhaliyə COVID pandemiyası dövründə xidmət vermək üçün nələr etdi?


Xüsusi rejimli və ayrıca modul tipli xəstəxanalar qurdu, təchiz etdi, personal təlimatlandırdı.


Etdimi?


Etdi!


Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikası (TTK) və Tədris-Cərrahi Klinikası (TCK) ilə anlaşdı. Şəfa stadionu yanında Yeni Klinikanı (YK) xidmətə hazırladı. Bakı Sağlamlıq Mərkəzi (BSM) ilə anlaşıb korpusun yarısını xidmətə açdı. Modul tipli xəstəxanalar qurdu. Regionlarda (Sumqayıt, Lənkəran, Masallı, Goranboy və s.) xüsusi rejimli xəstəxanalar qurdu.


TƏBİB elə işin başından açıqladı: biz 7000 yataq yaratmışıq.


Bu gün üçün (8 İyul, 2020) aktiv xəstə sayı isə 8474.


TƏBİB-in yaratdığı həcm aşıldımı?


Bəli!


TƏBİB daha çox yataq hazırlaya bilərmi?


Xeyr!


Azərbaycan hələ də Ronaldo, Messi yetişdirə bilmədiyi kimi, TƏBİB də 7000 yatağın üstünə çıxa bilməyəcək.


Amma TƏBİB lap əvvəldən söz verdiyi 7000 yatağı yaratdı, təchiz etdi və onlara qulluq edir. Bu gün ATU-TCK-da reanimasiya şöbəsinin həkimlərinin əksəriyyəti yoluxub. Reanimasiya şöbəsinin müdiri özü reanimasiyada yatarkən xırıldaya-xırıldaya qonşu yataqlarda yatan digər xəstələrin müalicəsinə nəzarət edir.


Niyə belə olur?


Yoxdur başqası.


Azərbaycanda ATU-dan məzun olan yüzlərlə həkim haraya getdi o zaman?!


Almaniyaya.


Dedim axı, həqiqət opponentlərin özündən böyükdür.


Bu şərtlərdə TƏBİB-i qınamaq ən asan məsələdir. Çünki, TƏBİB işçilərinin arxasında duran bir əjdaha yoxdur.


P.S. Bu sətirlər yazılan sırada ATU-TCK reanimasiya şöbə müdiri Dr. Cavid artıq vəziyyəti pisləşdiyi üçün başqa xəstəxanaya köçürülüb. Bu günə qədər hamı ATU-TCK-ya düşməyə çalışırdı. Orada ölüm riski çox aşağı idi deyə. Bu gün hər insanın canı üçün ciddi-cəhdlə çalışan dostlarımız özləri xəstələndiyi üçün iş başqa dostlara düşdü.


Qəzamız mübarək olsun!

MÜƏLLİFİN DİGƏR YAZILARI
İtaliyada bir gündə koronavirusdan 700-ə yaxın ölüm 29 Noyabr 2020, 01:04 Ağdamdakı dağıntılar nüvə silahından da pisdir - Prezidentin köməkçisi 29 Noyabr 2020, 00:55 “7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı 29 Noyabr 2020, 00:42 Üç azərbaycanlıya Avropa Voleybol Konfederasiyasında vəzifə verildi - FOTO 29 Noyabr 2020, 00:27 “Qarabağ” öz doğma şəhərinə qayıtdı 29 Noyabr 2020, 00:13 Xırdalanda PARTLAYIŞFOTO 29 Noyabr 2020, 00:00 Türkiyədə koronavirusla bağlı vəziyyət 28 Noyabr 2020, 23:51 Dəm qazı Şirvanda can aldı 28 Noyabr 2020, 23:37 Fransada onlarla polis yaralandı 28 Noyabr 2020, 23:25 “Mançester Siti”dən darmadağın 28 Noyabr 2020, 23:13 “İranın daha bir aliminə qarşı terror aktı törədiblər” - Zərifdən açıqlama 28 Noyabr 2020, 22:57 “Ağdamda ilk dəfə valideynlərimlə birlikdə toyda olmuşam” - Hikmət Hacıyev 28 Noyabr 2020, 22:42 Mətbuat Şurasının sədri Füzulidə həlak olan jurnalistdən yazdı 28 Noyabr 2020, 22:28 Həsən Həsənovun qardaşı vəfat etdi 28 Noyabr 2020, 22:12 “Associated Press”dən Gəncə reportajı - VİDEO 28 Noyabr 2020, 22:05 Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə qəbul edildi 28 Noyabr 2020, 21:54 Anar Bağırov koronavirusdan ölən vəkildən danışdı: “Son arzusu...” 28 Noyabr 2020, 21:40 Adını doğruldan qəhrəman şəhid 28 Noyabr 2020, 21:29 BDU-dan qovulan tələbə üzr istədi - VİDEO 28 Noyabr 2020, 21:17 Füzulidə “Toyota” 2 ədəd tank əleyhinə minaya düşüb - RƏSMİ - FOTO 28 Noyabr 2020, 21:03 Millimiz Avropa çempionatında bürünc medal qazandı 28 Noyabr 2020, 21:00 Şirvanda piyadanı maşın vurdu 28 Noyabr 2020, 20:51 “Atatürkün Naxçıvana verdiyi əhəmiyyət illər sonra səmərəsini verdi” - Spiker 28 Noyabr 2020, 20:39 “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - “France-24” Ağdam haqqında 28 Noyabr 2020, 20:26 “Liverpul” səfərdə xal itirdi 28 Noyabr 2020, 20:15 Xaçmazda ev yandı 28 Noyabr 2020, 20:02 Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 28 Noyabr 2020, 19:55 Biləsuvarda maşın su kanalına düşdü 28 Noyabr 2020, 19:53 Füzulidə minaya düşərək həlak olanlardan biri baş redaktordur 28 Noyabr 2020, 19:48 Minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayıblar 28 Noyabr 2020, 19:41 Hamını qorudu, amma özünü qoruya bilmədi 28 Noyabr 2020, 19:25 Kəlbəcərin Vəng kəndindən yeni görüntülər - Video 28 Noyabr 2020, 19:19 Tanınmış vəkil vəfat etdi 28 Noyabr 2020, 19:03 Şəhidimizin xanımından qələbə kompozisiyası: "Yenilməzsən, Azərbaycan!" -VİDEO 28 Noyabr 2020, 18:46 Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı 28 Noyabr 2020, 18:36
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?