9 Sentyabr 2020, 13:26 | Ana Səhifə - Yazılar - Fətəli xan, Roma Papası və illüminatlar...
Fətəli xan, Roma Papası və illüminatlar...

Elçin Alıoğlu


Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar. Onların arasında qəribə, hətta bir qədər mistik əlaqə vardı.

Bu əlaqənin səbəbkarları da illüminatlardı ki, Azərbaycana da sirayət etməyə çalışmışdılar.

Bəşər övladı mağarada ilk tonqalı yaradandan bəri tarix boyu iki məqam dəyişməz qalıb: yeməkdən sonra yaxşıca dincəlmək istəyi və insanların həyatlarını idarə edən mistika ilə gizli, müəmmalı və qüdrətli şəxslərlə dəstələrin varlığına sarsılmaz inam.

İnsanların əksəriyyəti baş verən hadisələri məntiqlə izah etmək istəmir. Mütləq nə isə mistik, mübhəm, sirli, anlaşılmayan, təsir və idarə edə bilməyəcəyimiz məqam olmalıdı.

Lap qədimlərdə onlar Amon, Zevs, Odin, Hörmüz idilərsə, sonra dinlər yarandı, daha sonra masonlar, illüminatlar, tamplierler, həşəşinlər və s.

Belə ordenlərin və sektaların haqqında konspirologiya nəzəriyyələrindən vəcdlə danışanlar, yazanlar total əksəriyyət halında "araşdırma mövzu"sundan tam bixəbər olurlar.

... Amerikalı yazıçı Den Braunun "Angels and Demons" romanını yəqin çoxlarınız oxuyub.

Həmin əsərin qayəsi illüminatlar ordeninin məkrli, çirkin məqsədlərinin qarşısının alınmasından ibarətdir.

Triller janrında əsərdir və sözün açığı, onu oxumağıma sərf etdiyim zamanıma heyfim gəldi.

Çünki əsərdə Harvard Universitetində çalışan dini simvolika professoru Robert Lenqdon illüminatlar ordeninin küldən doğularaq yenidən fəallaşdığını anlayır və dünyanı məhv edəcək antimaddəni arayır.

Əsərdə dahi italyan heykəltaraş Berninin də illüminat olduğu vurğulanır.

Və bu, tam absurddur.

Çünki 1680-ci ildə, 81 yaşında vəfat etmiş Covanni Lorensi Bernini şeç bir halda onun ölümündən təxminən 90 il sonra yaradılan dini sektanın üzvü ola bilməzdi.

Bu, belə.

Gələk illüminatlara.

Konspirologiya nəzəriyyələrində və "ciddi araşdırmalar"da illüminatlar az qala dünyanın idarə edən sirli, mistik orden, gizli dini-ezoterik təşkilati kimi təqdim olunur.

Əsla belə deyil.

Simvolları kitab üzərində oturmuş Minerva bayquşu olan illümantların maraqlı, amma fərqli tarixi var.

İlüminatların insanları tam nəzarətə almağa çalışaraq fenomenal elmi və maliyyə resurslarına malik qüdrətli insanlar kimi təqdimatı əslində indi başlamayıb.

1797-ci ildə fransız katolik keşiş Oqüsten de Barüel "Mémoires pour servir à l’Histoire du Jacobinisme" ("Yakobinliyin tarixi barədə qekydlər") adlı kitab yazmışdı. Həmin kitabda güya illüminatların çoxsaylı gizli qruplara və təşkilatlara rəhbərlik etməsi, məhz onların Böyük Fransız İnqilabını hazırladıqları vurğulanırdı. De Barüel yazırdı ki, illüminatların əsas məqsədləri xristianlığı, bütün dinləri, dövlətləri və cəmiyyətləri məhv etməkdir.

İllüminatlarla sıx əlaqələrdə olmaqda rozenkreyserlər, tampliyerlər və yakobinçilər də suçlanmışdılar.

Az sonra sabiq şotland mason, Edinburq Universitetinin təbiət fəlsəfəsi professoru Con Robinsonun "Proofs of a Conspiracy Against all the Religions and Governments of Europe" ("Avropadakı bütün dinlərə və dinlərə qarşı gizli qəsdin sübutları") kitabı dərc olunur.

Həmin əsərdə de Barüeldən gen-bol iqtibaslar gətirən Robinson da illüminatların məqsədinin bütün dinləri məhv edərək onları humanizmlə əvəzləmək və yeni dünya düzəni qurmaq olduğunu yazmışdı.

Məşhur amerikalı tarixçi Ceyms Billinqtonun "Fire in the Minds of Men» ("İnsanların şüurlarındakı alov") əsərində də illüminatlara qarşı eyni ittihamlar irəli sürülür.

İllüminatlar sözünün kökü latın dilindəki "illuminatus", yəni işıqlı, nurlu, ziyalı sözündəndir ki, sonradan alman dilində "Illuminatenorden" olmuşdu.

Bavariya, 28 min kilsənin olduğu məkan, Müqəddəs Roma İmperiyasının bir hissəsi. Hüquq professoru Adam Veyshaupt burada, İnqolştatd şəhərində 1776-cı ilin mayın 1-də "İllüminatlar" sektası yaradır. Qatı və fanatik deizm tərəfdarı olan Veyshauptun məqsədi deizmi, habelə Avropa maariflənməsi dövrünün ideyalarını yaymaqdı. Onun özü sektasını "Kamilləşənlər" (Perfektibilisten) adlandırırdı.

Professor bütün çıxışlarında söyləyirdi ki, illüminatların iki əsas hədəfi var:

1. Bəşər övladının kamilləşməsi

2. Yeni Yerusəlim inşa etmək yolu ilə bəşəriyyətdə humanizmin bərqərar olması.

Sonra illüminatlar arasında parçalanma başlandı, Bavariya kürfüstü Karl Teodor 1785-ci ildə sektanı yasaqladı. "Spartak" ləqəbli Adam Veyshaupt isə Türingiyada, sürgündə öldü.

İllüminatların "ata"sının varisi isə İnqvas fon Rixtqofen idi. O, illüminatlar ierarxiyasında "fizika keşişi" idi, yəni 12 pilləlik "yol"un 9-cu piləlsində idi.

Rixtqofen bəyan edirdi ki, insanın mahiyyəti anadangəlmə pis deyil: onu ətraf mühit, o cümlədən din, dövlət, kənar təsirlər dəyişir.
"İnsan sosial institutların təzyiqindən qurtularsa, yalnız bilik və soyuqanlı davranışa üstünlük verərsə əxlaqla mənəviyyat problemləri öz-özünə həll olunacaq", - fon Rixtqofen yazırdı.

Eyni zamanda o, 1777-ci ildə Münhen mason lojasına qatılmış Veyshauptdan fərqli olaraq, masonlarla sıx əlaqənin tam əleyhinə idi.

İllüminatların digər ideoloqu baron Adolf Franz Fridrix Lüdviq Freyer Knigge onu dəstəkləsə də, 1782-ci ildə Vilhelmsbad şəhərindəki toplantıda parçalanma baş verdi.

Veyshauptla fon Kniqqenin təbliğatı və fəaliyyətləri sayəsində onlarla mason illüminatlara qoşuldu.

İllüminatların sektasını Veyshaupt və onun 12 əlaltısından ibarət "areopaq" idarə edirdi. Sektaya ilk qoşulan əvvəlcə "rahib" (neofit, noviss), 2 il sonra "minerval", 5 il sonra isə "kamilləşmiş minerval" olurdu.

2 mindən artıq üzvü olan bu sektanın mənsubları arsında İohann Volfqanq Höte və İohann fon Gerder də vardılar.

Roma Katolik Kilsəsi rəsmən illüminatları təqib edirdi və bu sektaya qarşı 4 fərman vermişdi. Roma Papası 6-cı Piy də illüminatları "yaramazlar" adlandırmışdı.

Amma...

1786-cı ildə ən nüfuzlu illüminatlardan biri sayılan Ksaveri fon Svakın evində axtarış aparılır. Orada illüminatların sektası (ordeni) ilə bağlı çoxsaylı kitablar, ən başlıcası isə sənədlər və yazışmalar tapılır.

Sənədlərdən biri bizimçün maraqlı sayıla bilər.

Belə ki, 1781-ci ildə, Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlunun Nuxa qalasına yürüşündən az əvvəl onunla Bavariya illüminatlarının nümayəndəsinin görüşdüyü iddia edilir. Özü də görüşün roma papası 6-cı Piy, yəni qraf Canancelo Braskinin göstərişi ilə gerçəkləşdirildiyi vurğulanır.

Papanın istəyim və "xahişi" ilə iki illüminatın Münhendən uzaq Qubaya yollanmaları, orada Fətəli xanla görüşmələri rəsmən Quba xanlığının Vatikanda nümayəndəliyinin yaradılmasının müzakirəsi idi.

Gerçəkdə isə illüminatlar Papanın göstərişi ilə Azərbaycanda missionerlik fəaliyyətinin mümkünlüyünü, bunun üçün münbit zəminin olub-olmadığını araşdırmalı idilər.

Missiya uğursuzluqla nəticələnmiş, illüminatlar Münhenə pərişan dönmüşdülər.

Vatikan isə sakitləşmək niyyətində deyildi: "Müqəddəs Taxt" müsəlmanlar arasında katolikliyi yaymaq, bu da alınmasa müsəlman hökmdarlara effektiv təsir vasitələri əldə etmək üçün yeni planlar hazırlayacaqdı.

Bu planlar və əməliyyatlar çox olacaqdı ki, onlar da ayrı söhbətin mövzusudur.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Xanoba” gömrük postunda tikinti işləri davam edir 22 Oktyabr 2021, 20:40 Şəhid pilotun məzarı ziyarət olundu - VİDEO 22 Oktyabr 2021, 20:35 Bu peyvənd uşaqlarda 90,7% effektivlik göstərdi   22 Oktyabr 2021, 20:22 Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən VİDEO 22 Oktyabr 2021, 19:56 Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi 22 Oktyabr 2021, 19:43 Bakıda nəzarətsiz qalan azyaşlı xilas edildi 22 Oktyabr 2021, 19:29 Azərbaycanın sədrliyi ilə QDİƏT-in iclası keçirildi 22 Oktyabr 2021, 19:13 Sahibə Qafarovadan Avropa ölkələrinə Ermənistan XATIRLATMASI   22 Oktyabr 2021, 19:02 Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək 22 Oktyabr 2021, 18:53 Azərbaycan əhalisi nağdsız ödənişlərə üstünlük verir 22 Oktyabr 2021, 18:47 Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama 22 Oktyabr 2021, 18:42 Eldəniz Səlimovun işi Ağır Cinayətlər MƏHKƏMƏSİNDƏ 22 Oktyabr 2021, 18:24 İsveçdə reper güllələndi 22 Oktyabr 2021, 18:20 Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub 22 Oktyabr 2021, 18:16 AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı 22 Oktyabr 2021, 18:12 Azərbaycanlı hakim Avropada karantinə alındı 22 Oktyabr 2021, 18:08 Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22 Oktyabr 2021, 18:02 Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirdi 22 Oktyabr 2021, 17:56 Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərini YOXLADI 22 Oktyabr 2021, 17:50 Son sutkada PEYVƏNDLƏNƏNLƏR 22 Oktyabr 2021, 17:47 Yoluxma artdı - 18 nəfər öldü 22 Oktyabr 2021, 17:44 AFFA bu klubları 11 min manat CƏRİMƏLƏDİ 22 Oktyabr 2021, 17:38 Moskvada 20-yə yaxın aviareys təxirə salındı 22 Oktyabr 2021, 17:32 Dolların yeni həftə üçün MƏZƏNNƏSİ 22 Oktyabr 2021, 17:26 Şirvanda “patı” satan şəxs saxlanıldı 22 Oktyabr 2021, 17:20 Vəzifəli şəxslər Şükür Həmidovun məzarını ziyarət etdilər - FOTOLAR 22 Oktyabr 2021, 17:14 Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi 22 Oktyabr 2021, 17:08 Putin baş nazirlə 5 saat nə barədə danışıb? 22 Oktyabr 2021, 17:03 Vətən Müharibəsi qəhrəmanının XATİRƏ GECƏSİ  22 Oktyabr 2021, 16:59 Ərəb mətbuatı Prezidentin Füzuli səfərindən yazdı 22 Oktyabr 2021, 16:54 Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir 22 Oktyabr 2021, 16:51 Moskvada güclü qasırğa: Kremlin divarı zədələndi 22 Oktyabr 2021, 16:46 Azərbaycana iki minaaxtaran it GƏTİRİLDİ 22 Oktyabr 2021, 16:40 50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ 22 Oktyabr 2021, 16:34 Azərbaycan-İran sərhədində silah-sursat aşkarlandı - FOTOLAR 22 Oktyabr 2021, 16:28