Modern.az

Azərbaycanda 1070 ədəd qeydiyyatsız radioelektron vasitə aşkarlanıb

Azərbaycanda 1070 ədəd qeydiyyatsız radioelektron vasitə aşkarlanıb

12 Oktyabr 2009, 13:47

2009-cu ilin 9 ayı ərzində Dövlət Radiotezliklər İdarəsi tərəfindən 405 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 1070 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 630 ədədi qeydiyyata salınıb , 167 ədədi möhürlənib, 253 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür, 20 ədədi isə istismara yararsız olduğu üçün silinib. İş planına uyğun olaraq, Respublika üzrə geniş şəbəkəyə malik Azərbaycan Dövlət Dəmir Yolu idarəsi, Dövlət Gömrük Komitəsi və Teleradio İstehsalat Birliyinin obyektlərində REV-nə texniki baxış keçirilib. O cümlədən Bakı şəhəri üzrə ATS-lərin, rabitə qovşaqlarının binasının damında və ərazisində quraşdırılmış REV-nə texniki baxış keçirilib. Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı 121 protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır