Modern.az

Ermənistan müxalifəti parlamentə getməyə razılaşdı

Ermənistan müxalifəti parlamentə getməyə razılaşdı

Dünya

6 İyul 2026, 10:59

Ermənistanda 7 iyun tarixli parlament seçkilərinin nəticələrindən şikayətçi olan müxalif “Güclü Ermənistan və “Hayastan” blokları bəyanat yayıblar.

Modern.az xəbər verir ki, “Güclü Ermənistan” və “Hayastan” blokları Konstitusiya Məhkəməsinin qərarından sonra hakimiyyət uğrunda mübarizənin gələcək strategiyasını açıqlayıblar.

Hər iki blok parlamamentdəki deputat mandatlarını götürmək və mübarizəni oradan da davam etdirmək qərarı verib.

Xatırladaq ki, seçkilər nəticəsinə hakim “Vətəndaş müqaviləsi” Partiyası parlamentdə 64 deputat mandatına sahiblənib. Müxalif “Güclü Ermənistan” bloku 29 yer, “Ermənistan” bloku  isə 12 yer qazanıb.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi