Modern.az

Çin və Rusiya birgə hərbi təlimə başladı 

Çin və Rusiya birgə hərbi təlimə başladı 

Dünya

Bu gün, 13:08

Çin və Rusiya hərbi dəniz qüvvələrinin birgə təşkil etdiyi “Dəniz Tərəfdaşlığı-2026” hərbi təlimi Çinin şərqində yerləşən Sindao şəhərinin hərbi limanında start götürüb.

Modern.az Çin mediasının yaydığı məlumata istinadən xəbər verir ki, təlim çərçivəsində birgə qərargah yaradılıb və hər iki ölkənin hərbi dəniz qüvvələrindən ibarət qarışıq birliklər formalaşdırılıb.

Məlumata əsasən, genişmiqyaslı hərbi təlimlər ümumilikdə üç əsas mərhələdə icra olunacaq. Qüvvələrin toplanması, liman planlaması və dəniz təlimləri əsas istiqamətlərdir.

Açılış mərasimindən dərhal sonra hər iki ölkənin hərbi dəniz qüvvələri birgə komandanlıq və taktiki koordinasiya işlərinə başlayıblar.

Təlimlərin növbəti günlərində proses daha da intensivləşəcək. Belə ki, manevrlərdə iştirak edən hərbi gəmilər Sindao sahillərindəki dəniz və hava məkanına keçid edəcəklər. Burada birgə kəşfiyyat, hava və raket hücumundan müdafiə kimi tapşırıqlar icra olunacaq, eyni zamanda real hərbi sursatlardan istifadə edilməklə atəş təlimləri keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV