Dünya Çempionatı 2026-da bombardirlik yarışında mübarizə qızışıb.
Modern.az xəbər verir ki, ötən gecə Braziliya ilə 1/8 final matçında (2:1) dubl edən Norveç millisinin hücumçusu Erlinq Haaland qollarının sayını 7-yə çatdırıb. Nəticədə o, Kilian Mbaple və Lionel Messi ilə bərabərləşib.
Hələ ki Kilian Mbaple qol ötürməsinin sayına görə öndə gedir:
1. Kilian Mbappe (Fransa) – 7 qol, 2 ötürmə
2. Lionel Messi (Argentina) – 7 qol
3. Erlinq Haaland (Norveç) – 7 qol
4. Harri Keyn (İngiltərə) – 6 qol, 1 ötürmə
5. Usman Dembele (Fransa) – 4 qol, 2 ötürmə