Modern.az

İsveç səfiri Rusiya XİN-ə çağırıldı

İsveç səfiri Rusiya XİN-ə çağırıldı

Dünya

6 İyul 2026, 13:07

İsveçin Rusiyadakı səfiri bu gün ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb. 

Zaxarova bildirib ki, görüş zamanı diplomatik nümayəndəyə Stokholmun Vyana Konvensiyası üzrə rəsmi öhdəlikləri və daha əvvəl verdiyi təminatlar xatırladılacaq.

Xatırladaq ki, hələ iyulun 2-də İsveç səfirinin Rusiya XİN-ə çağırılacağı barədə anons verilmişdi. Diplomatik addımın atılmasına əsas səbəb kimi Rusiya xarici diplomatik missiyasına qarşı baş vermiş insident göstərilir:

“Rusiya Federasiyasının İsveçdəki səfirliyinə edilən hücumla əlaqədar olaraq, Stokholmun Moskvadakı fövqəladə və səlahiyyətli səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması planlaşdırılır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!