Modern.az

Bu virusdan ölənlərin sayı 500-ü keçdi

Bu virusdan ölənlərin sayı 500-ü keçdi

Dünya

6 İyul 2026, 10:08

Konqo Demokratik Respublikasında Ebola virus xəstəliyi səbəbindən həyatını itirənlərin sayı 500 nəfəri ötüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə indiyədək 1 561 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Rəsmi məlumatlara əsasən, 253 nəfər sağalıb. Ümumi ölüm göstəricisi 32,4 faiz təşkil edir, xəstələrlə təmasda olan şəxslərin izlənilməsi səviyyəsi isə 81,6 faizə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!