8 Oktyabr 2020, 10:28 | Ana Səhifə - Yazılar - Suqovuşandan daha böyük qələbəyə doğru
Suqovuşandan daha böyük qələbəyə doğru

Vüqar Tofiqli

 

Dağlıq Qarabağ bölgəsinin bizim üçün strateji əhəmiyyət kəsb edən Suqovuşan (Madagiz) kəndi mənfur erməni işğalçılarından azad edildi. Ölkə başçısının öz Twitter səhifəsində paylaşdığı bu qələbə xəbəri hər bir Azərbaycanlı kimi məni də ürəkdən sevindirdi. Ardınca növbəti yeddi kəndin işğal azad edilməsi qələbə əzmimizə daha bir rəng qatmış oldu.
Bəli, 30 ildir hər birimiz belə qələbə xəbərlərinin həsrətiylə yaşayır və gözləyirdik. İnanıram ki, qələbə xəbərləri bundan sonra daha tez-tez eşidəcəyik.
İş elə gətirib ki, mən gənclik illərində Qarabağın əksər yaşayış məntəqələrini gəzmişəm, görmüşəm və təbiətinə ürəkdən vurulmuşam. Həqiqətən Qarabağ torpağı bütün parametrlərinə görə, hətta dünyada seçilən ərazilərdəndir. Əlavə edim ki, qədim tarixi, füsunkar gözəlliyi, zəngin təbii ehtiyatları ilə ilə seçilən doğma Qarabağımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Hər zamanda Qarabağı erməniləşdirmək arzusu onların gözlərində qalıb və qalacaqdır.
Qayıdaq Suqovuşan kəndinə.


***


Keçmiş sovet dövründə məktəblərə qış tədarükü üçün odun bölgüsü ayrılırdı. Hər bir məktəb direktorunun odun payını yay aylarında gətirməsi mütləq vacib hal sayılırdı. Məktəb direktoru olan atamı mən də institut tələbəsi olaraq belə səfərlərdə  müşayiət edirdim. Belə məqamlarla bağlı dəfələrə Ağdərədə (Mardakertdə), Talışda, Madagizdə (Suqovuşanda), Gülüstan kəndində olmaq şansı əldə etmişəm. Kiçik Gülüstan kəndinə gedən yolun üstündə möhtəşəm bir türbənin olması barədə də yazmışdım. Hətta yüksək dağlıq ərazidə və meşəlik zonada yerləşən Gülüstan kəndində bizi tutan meyxoş iy indiyədək burnumdan getməyib. Sonradan ərazidə zoğal arağının çəkdildiyini öyrəndim.
Suqovuşanda mini su elektrik stansiyasının, dəryaçanın, asfalt salınmış və küçələri işıqlandırılmış kəndarası yolların, müasir məktəb binasının və unutduğum digər məqamların hələ o illərdə Azərbaycanın maliyyəsi ilə inşa edildiyini unutmamalıyıq. Ancaq bütün bunlara rəğmən o illərdə yerli ermənilərin Azərbaycan dilində deyil, ancaq rüs dilində danışmağa üstünlük vermələri diqqətimdən yanınmamışdı. Və məni açığı indiyədək düşündürən məqam odur ki, Azərbaycanın bu qədər səxavəti erməni xalqını idarə edənləri niyə çığızından çıxarmış oldu?
Qənaətim odur ki, zatı-kökü olmayan, vaxtında görməyənlər arzuladıqlarını, ancaq layiq olmadıqlarını qəflətən gördükdə duruş gətirə bilməyib cızıqlarından çıxırlar. Bəli, bu həqiqətən belədir.


***


Sonda deməliyəm ki, belə qələbələrdən sonra məhz bu qələbələri özündə əks etdirən əsərlərin yaranacağına inanıram. Və qəti əminəm ki, Ali Baş komandan İlham Əliyevin qətiyyəti, sərrast fikirləri və addımları ilə qələbə bayrağımız Qarabağın mərkəzi meydanı olan Şuşada dalğalanacaq. Bununla da Vətən müharibəmiz başa çatmış olacaqdır. Bundan sonra isə görüləsi işlərimiz də çoxdur. Ancaq ən əsas işimiz ölkə başçısının qızıl hərflərlə yazdığı bu tarixi təhlil edib, nəticə çıxarmaq və onun ətrafında daha da sıx birləşməyimiz olmalıdır.
Beləliklə, Suqovuşandan daha böyük qələbəyə doğru addımlayan mübariz Azərbaycan ordusuna yalnız uğurlar arzulayırıq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 00:58 Kürdəmirdə mübahisə ölümlə nəticələndi 23 İyun 2021, 00:43 Arayik Rusiya sülhməramlılarını və Yerevanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var! 23 İyun 2021, 00:34 Abşeronda 33 yaşlı kişi bıçaqlandı 23 İyun 2021, 00:22 UEFA-dan azarkeşlərlə bağlı yeni qərar 23 İyun 2021, 00:10 ABŞ İranın internet portallarını blokladı 22 İyun 2021, 23:57 Batmaqda olan 4 nəfər xilas edildi 22 İyun 2021, 23:42 Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır 22 İyun 2021, 23:29 ATV-də axtarılan yeniyetmənin meyiti dənizdən tapıldı 22 İyun 2021, 23:13 Yaponiyada vulkan püskürdü 22 İyun 2021, 23:07 Göygöldə yaşlı qadın özünü asdı 22 İyun 2021, 22:53 Xəzərdən meyiti tapılan şəxsin kimliyi bilindi - YENİLƏNİB 22 İyun 2021, 22:41 Teymur Rəcəbov bu dəfə 9-cu oldu 22 İyun 2021, 22:33 Bakıda süpürgəçi qadını maşın vurdu 22 İyun 2021, 22:22 BDU-nun müəllimi vəfat etdi - FOTO 22 İyun 2021, 22:08 AŞPA üzv ölkələri əhalini gəlir və sosial müdafiə ilə təmin etməyə çağırdı 22 İyun 2021, 21:59 "Mina xəritələrinin verilməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək" - Baş katib 22 İyun 2021, 21:46 Türkiyəli futbolçu rəsmən “İnter”də - FOTO 22 İyun 2021, 21:33 Türkiyədə yoluxma və ölüm sayı yenidən artdı 22 İyun 2021, 21:19 Hərbi Dəniz Qüvvələrinin təlimində gecə atışları yerinə yetirildi 22 İyun 2021, 21:05 Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinləri Moskvada görüşdü 22 İyun 2021, 20:53 Azad edilmiş ərazilərimizdə əsgərlərlə görüş keçirildi - FOTO 22 İyun 2021, 20:39 Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü 22 İyun 2021, 20:25 Teymur Levona qalib gəldi 22 İyun 2021, 20:14 Etirazların hədəfləri: Xankəndidə nə baş verir? - TƏHLİL 22 İyun 2021, 19:52 Separatçı liderlər əfv olundu 22 İyun 2021, 19:25 Misirdə bir gündə ikinci qatar qəzası baş verib 22 İyun 2021, 18:51 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 22 İyun 2021, 18:35 “Anadolu Qartalı-2021” təlimləri: Aviasiyamız yer hədəflərini məhv etdi 22 İyun 2021, 18:32 BMT ali nümayəndəsinin Ağdama səfəri başlayıb 22 İyun 2021, 18:19 Əli Nağıyev ordu generalı ilə görüşdü 22 İyun 2021, 18:08 Xocasən gölünün ətrafında yeni Nəbatat bağı salınacaq 22 İyun 2021, 18:00 Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşdı 22 İyun 2021, 17:56 Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir 22 İyun 2021, 17:55 Deputat AŞPA-da Kəlbəcərdə minaya düşən jurnalistlərdən DANIŞDI 22 İyun 2021, 17:52
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?