Modern.az

Saxta kosmetik vasitələr aşkarlanıb

Saxta kosmetik vasitələr aşkarlanıb

19 Oktyabr 2009, 16:13

Modern.az xəbər verir ki. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı mağazalardan saxta və keyfiyyətsiz mallar müsadirə olunub. Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Koroğlu” MMC-yə məxsus anbarda, Nizami rayonunda Musa Hüseynova məxsus mağazalarda, “Nurlan market”də, Gəncə şəhərində Aqil Əliyevə və Elmar Mövlayevə məxsus ərzaq malları mağazalarında ümumi çəkisi 340 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq və qeyri-ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, kosmetik vasitələr və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 51 hüquqi şəxsə 194,6 min manat, 503 fiziki şəxsə 751,3 min manat cərimə tətbiq olunub.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi