15 İyul 2021, 15:42 | Ana Səhifə - Yazılar - Nüfuzdan düşmüş Makronun Ermənistan möhtaclığı
Nüfuzdan düşmüş Makronun Ermənistan möhtaclığı

Elman Babayev

Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri gündəmdədir.


Əslində bu səfərə hər iki tərəf maraqlıdır: həm Paşinyan, həm də Makron.


Nəyə görə?


Fransada gələn il prezident seçkiləridir; Makrona erməni lobbisinin dəstəyi lazımdır. Nikol Paşinyan uduzmuş Ermənistana rəhbərlik edir, amma xalqın nifrəti hələ də onun üzərindədir. Gələn qonaq Fransanın, Avropanın böyük dövlətlərindən birinin rəhbəridir, Paşinyan bununla ictimai xal qazanmaq istəyir. Üstəlik, dünyaya göstərməyə çalışır ki, Ermənistan Qarabağ məsələsində məğlub tərəf olsa da, ona beynəlxalq dəstək hələ də var. Səfərin məqsədi bu qədər sadə və görünəndir! Yoxsa ki, Makron nə Qarabağda “Yallı” getməyə gəlir, nə də Qarabağı Ermənistana qaytarmağa.


Bu səfər normal bir dövlət prosedurudur həm də - kim hara istəyir gedib-gələ bilər. Amma Fransa qatı ermənipərəst bir imicə malikdir, bu üzdən dünyadakı proseslərə obyektiv yanaşa bilmir, beləliklə daim Türkiyə və Azərbaycan kimi dövlətlərlə soyuq münasibətlər yaşayır.


Azərbaycan bu səfər kontekstində Fransadan narazı olmalıdırmı? Təbii ki, başqa cür olmur. Çünki ATƏT-in Minsk Qrupunun üzvü olan dövlət kimi nə münaqişədən əvvəl, nə də konflikt həll edildikdən sonra öz məsuliyyətini dərk etmir. Daim Ermənistanın maraqlarını müdafiə edir, bütün tribunalardan bunu açıq-aşkar ifadə edir. Müharibənin dəhşətli gedişatı zamanı da Fransanın mövqeyi atəşə su səpmək deyildi-günahsız uşaqlar ölürdü, Fransa susurdu! Bərdəyə, Gəncəyə, Tərtərə dinc vətəndaşların üzərinə bomba atılırdı, Fransa ağa qara deyirdi. Bir sözlə, sona kimi Ermənistan kimi terrorçu dövlətin yanında dururdu, bir addım belə ədalətin tərəfinə keçmirdi. Hələ də keçmir. Bu baxımdan Makronun Ermənistana səfəri bizim rakursdan tənqidi qarşılanmaya bilmir.


Bəllidir ki, Makron hakimiyyətə gəldikdən sonra Fransada islamafob şüarlar artdı və Ermənistan-Azərbaycan münasibətlərində ədalətdən kənara çıxma da məhz islam düşmənçiliyinə dayanan bir amil oldu. Makron Azərbaycanın əsas müttəfiqi, dünyanın güclü dövlətlərindən biri olan Türkiyə ilə mütəmadi ziddiyyət halına girirdi. Buna görə də Türkiyə cəmiyyəti tərəfindən də daim qınanılırdı. Təbii ki, belə siyasət müxtəlif dinlərin, millətlərin nümayəndələrinin yaşadığı Fransa cəmiyyətində Makrona mənfi reytinq qazandırıb.


Bu da bəllidir ki, həm Makron, həm Paşinyan populist vədlərlə seçkilərdə uğur qazanmağı bacarır və onları birləşdirən keyfiyyətlərdən biri də elə bu populizmdir. Halbuki Makron ökəsinin daxilində nüfuzdan düşmüş bir liderdir. Bunu sübut etmək üçün uzağa getmək lazım deyil: Fransada polis zorakılığı, buna qarşı etiraz aksiyaları bütün xəbər arxivlərində foto və video ilə mövcuddur. Azadlıq, demokratiya deyən Avropa ölkəsi öz cəmiyyətində açıq sözə, etiraza dözüm nümayiş etdirə bilmir. Nəticədə polis-vətəndaş qarşıdurması kobud bir mənzərə kimi dünya mediasının səhifələrinə düşür.


“Ədalət yoxdur”-şüarları səslənən yer Fransa idi! “Sarı jiletlilər”in üsyanı Fransada alovlanırdı. Sənədsiz miqrantların leqallaşdırılması ilə bağlı tələblər irəli sürülən yer də Fransa idi. 130 mindən çox vətəndaşın kütləvi etiraz aksiyaları keçirdiyi yer Fransa idi. Bu, Makron idarəçiliyinin bariz nümunəsidir. Bu, Fransanın Makronun dövründə başlayan tragikomik halıdır. İndi Makrona kirlənmiş nüfuzunu təmizləmək lazımdır, daha doğrusu qarşıdakı prezident seçkiləri üçün dəstək lazımdır-erməni lobbisinin səsindən yaxşı dəstək ola bilməz!


Könlünü almağa gəldiyi Ermənistan da təbii ki, ona istədiyini verməyə hazırdır. Təəssüf doğuran odur ki, bax, məhz elə belə mənafelər axtarışı ucbatından ATƏT-in Minsk Qrupu uzun illər öz missiyasını yerinə yetirə bilmədi. Artıq ortada Azərbaycanın gücü ilə yaranmış real sülh vəziyyəti var, amma Fransa kimi dövlətlər bu sülhü qorumaqdan çox, əngəlləməyə çalışırlar...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34