28 Sentyabr 2021, Çərşənbə axşamı
10 Sentyabr 2021, 13:23 | Ana Səhifə - Yazılar - Jurnalistikamızın problemlərini qabardan mətbuat konfransları...
Jurnalistikamızın problemlərini qabardan mətbuat konfransları...

Elman Babayev

Sosial şəbəkələrdən təhsil naziri Emin Əmrullayevin sonuncu mətbuat konfransındakı bir sıra məqamlara qulp qoymaq, orada irəli sürülən məsələlərə naşı yanaşma tendensiyasını izləyirik. Və təəssüflə. Niyə təəssüf? Çünki qarşımıza çıxan lüzumsuz mənzərəni yenə də qeyri-peşəkarlıq yaradır; jurnalistikanın problemləri bu yerdə yenə də qabarmağa başlayır.


Diqqət edək: Ölkədə vacib məsələ ilə bağlı qərar açıqlanır, hansı ki, cəmiyyət bunu uzun zamandır gözləyir: təhsilə nə zaman və necə başlanılacaq. Təhsilin bütün pillələrində ənənəvi formaya qayıdış qərarı var və nazir brifinqə başlayan kimi bu haqda ətraflı məlumat verir. Cəmiyyətə verilən bilgilər təfsilatlı olduğu üçün heç suallara yer də qalmır, əslində. Əgər kiçik nüanslar nəzərə alınmazsa. Amma etika deyilən bir anlayış var və təhsilin rəhbər şəxsi də etik davranaraq, hamı üçün sual verməyə şərait yaratdı. Əvəzində görünən nə idi? Təkrar suallar. Məntiqsiz suallar. Dezinformasiyalar, ehtimallar üzərində qurulmuş suallar və s.


Təkcə sonuncu mətbuat konfransındamı bu mənzərə yaşandı? Təbii ki, yox! Son illər keçirilən canlı brifinqləri izləmək yetər ki, jurnalistikamızın ümumi durumu açıq-aydın görünsün. Müəyyən istisnaları nəzərə almasaq, əksər hallarda jurnalist məmura hansı suallar verilməli olduğunu belə bilmir, brifinq və ya müsahibələrdə hazırlıqsız olur. Candərdi verilən təkrar suallar xoş olmayan vəziyyət yaradır. Təəssüf ki, bir çox hallarda jurnalistin mövzu ilə bağlı bilgisi adi vətəndaşın bilgisindən fərqlənmir.


Nəticə isə o olur ki, suallar primitiv, qeyri-peşəkar olur və qarşı tərəfə problemi kompleks açmasına şərait yaratmır.


Birincisi, istənilən məmur səviyyəsində təşkil olunan brifinqdə həmin sahə ilə bağlı məlumatlı, peşəkar jurnalistlərin iştirakı vacibdir, belə auditoriyada savadlı suallar tələb olunur. Savadlı sualı isə tədbirin əhəmiyyətini və nazirin dediklərini diqqətlə izləyə bilən jurnalist yerinə yetirə bilər. Cavabi verilmiş suala jurnalist yenidən qayıdırsa, bu, o deməkdir ki, o, ya öz sahəsində naşıdır, ya sual xatirinə sual verməyə çalışır, ya da mətbuat konfransını diqqətlə izləmir; bununla da həm lüzumsuz yerə vaxt alır və peşə fəaliyyətini məsuliyyətlə yerinə yetirmir.


İkincisi, məmur dövlətin mövqeyini ifadə edirsə, jurnalist bu mövqeyi öz auditoriyasına təhrif olunmuş şəkildə, ironik üslubda yox, xəbərə ciddi yanaşma ortaya qoyaraq çatdırmalı, yaxud şərh etməlidir. Sonuncu mətbuat konfransına qayıtsaq məlumdur ki, bir ildən artıqdır COVİD-19 səbəbilə təhsil iflic duruma düşüb. Dövlət vəziyyətdən çıxmağa çalışır. Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində vəziyyət ürəkaçan deyil! Heç kim gələcəklə bağlı proqnoz verə bilmir! Məktəblərin qapısı bağlıdır, müəllim də, şagird də, tələbə də təhsildən ayrı düşüb. Vəziyyət dəyişməlidir. Ortaya indiki halda mümkün olan qərar qoyulur. Bu, cəmiyyəti düşündürən vacib məsələ olduğu üçün nazirin açıqladığı xəbəri cəmiyyətə ötürən, şərh edən tərəf kimi medianın da məsuliyyəti var: rəsmi qurumdan, rəsmi şəxsdən verilən açıqlamanı doğru çatdırmaq lazımdır-qulp qoymadan! Üstəlik, insanları düşündürən sualları düzgün, savadlı formalaşdırıb, ünvanlamaq lazımdır-daha bəsitləşdirmək, primitivləşdirmək yox! Məktəblər açılmır -tənqid, açılır tənqid ziddiyyəti də sosial medianın qeyri-peşəkarlığı ilə formalaşdırılan ictimai rəydir. Hər halda yaxşı mənzərə deyil. Cəmiyyətin məktəblər qapananda da, açılanda da ağıllı, məntiqli təhlilə ehtiyacı var. Media bunu düzgün yerinə yetirməyəndə acınacaqlı vəziyyət yaranır.


Nə qəqər acı olsa da, bu gün mediamızda “copy-paste” aludəçiliyi yaranıb və yalnız xəbərlər yaymaqla işini bitmiş sayır. Bir sıra hallarda yanlış bir xəbər dəqiqləşdirilmədən kopyalanaraq ildırım sürəti ilə yayılır, ictimai rəy çaşdırılır.


Hazırda Azərbaycanda kifayət qədər xəbər saytları fəaliyyət göstərir. Amma bu saytlarda tək-tük misalları nəzərə almasaq analitika, təhlil xarakterli yazılar demək olar ki yoxdur. Öz üzərində işləməmək, tələbkarlığın olmaması ölkədə jurnalistlərin peşəkarlığının, hazırlıq səviyyəsinin olduqca aşağı düşməsinə səbəb olur. Reallıq budur ki, nə redaksiyalar jurnalistdən peşəkarlıq tələb edir, nə də jurnalist öz üzərində işləyir.


Bütün bu hallar mediada çoxsaylı yanlışlıqlara, dezinformasiyalara, konteksdən çıxarılmalara və s. geniş meydan açır. Yaranmış durum ilk növbədə, redaksiyaların rəhbərliyi tərəfindən nəzərə alınmalı, peşəkarlıq məsələsinə tələbkar yanaşılmalıdır. Əks təqdirdə, hər vacib məsələnin həlli, qərarı gündəmə gələndə qulp qoyanların sayı da çox olacaq, görülən işləri, atılan addımları gözdən salmaq halları da!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Sərnişin qatarlarının hərəkəti bərpa olunur 28 Sentyabr 2021, 11:52 Mübariz İbrahimov adına məktəbin şagirdləri Türkiyədə qazilərimizi ziyarət ediblər 28 Sentyabr 2021, 11:50 Ermənistanda Şuşa və Hadrut məğlubiyyətinə görə HƏBSLƏR BAŞLADI 28 Sentyabr 2021, 11:46 Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı   28 Sentyabr 2021, 11:44 Şuşa məğlubiyyətinə görə 150 nəfərə ittiham İRƏLİ SÜRÜLÜB 28 Sentyabr 2021, 11:39 Kəlbəcər və Qubadlıda prokurorluq binalarının AÇILIŞI-FOTO 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın baş direktorundan istehlakçılara MÜRACİƏT 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?