Modern.az

İstanbuldakı terrorda Ukrayna vətəndaşı həlak olub

İstanbuldakı terrorda Ukrayna vətəndaşı həlak olub

Dünya

29 İyun 2016, 10:09

Ukrayna tərəfi İstanbulda baş verən terror aktında 1 Ukrayna vətəndaşının öldüyünü, 1 nəfərin isə yaralandığını təsdiqləyib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həlak olan şəxs 1960-cı il təvəllüdlü Larisa Çepakovadır.

 

Onun qəlpə yarasından öldüyü bildirilir.

 

Daha bir Ukrayna vətəndaş isə İstanbul xəstəxanalarından birindədir.

 

Rusiya tərəfi də terror zamanı 1 vətəndaşının ağır xəsarət aldığını təsdiqləyib.

 

Xatırladaq ki, İstanbulda baş verən terror aktında ən azı 36 nəfər ölüb, 147 nəfər isə xəsarət alıb.

 

 

Vüqar İsmayılov  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı