Modern.az

Kürd lideri: "PKK bölgədən çıxmalıdır"

Kürd lideri: "PKK bölgədən çıxmalıdır"

Dünya

25 Dekabr 2016, 00:38

“PKK-nın Şenqalda mövcudluğu qeyri-sabitliyə gətirib çıxarır. PKK Şenqal bölgəsindən çıxmalıdır. Ehtiyac olarsa güc tətbiq etmək məcburiyyətində qalarıq”. Modern.az saytı xəbər verir ki, bunu Şimali İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani bildirib. Necirvan Bərzani  qeyd edib ki, Şenqalda quruculuq işlərinin aparılmamasının səbəblərindən biri də məhz PKK-nın oradakı varlığıdır: “Şenqal əhalisi gələcəyindən əmin olmadığı üçün o şəhərə geri dönmür. Yenidən atışmaların baş verəcəyindən qorxurlar. PKK bunu dərk etməlidir”.

Qeyd edək ki, sözügedən bölgə Kürd Muxtariyyətinin tərkibində olsa da, faktiki olaraq PKK nəzarətindədir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı