Modern.az

“ABŞ-la əməkdaşlıq zəruridir” - Mövlud Çavuşoğlu

“ABŞ-la əməkdaşlıq zəruridir” - Mövlud Çavuşoğlu

Dünya

21 Yanvar 2017, 23:28

“Suriyada davamlı atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq zəruridir. Biz Vaşinqtona müraciət edərək Astanaya nümayəndə heyəti göndərməyi xahiş etdik”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Çavuşoğlu Vaşinqtonun Ankaranın Suriyada İŞİD-lə mübarizədə atdığı addımlarına kifayət qədər dəstək vermədiyini qeyd edib: “Amerikalılar Türkiyənin dəstəklədiyi Suriya silahlı müxalifət qüvvələrinin Türkiyə sərhədindən 20 kilometrdən çox məsafəyə irəliləyəcəyi təqdirdə “Ərəfat Qalxanı” əməliyyatına dəstək verməyəcəklərini  bəyan ediblər.  ABŞ hava qüvvələrinin Türkiyə ordusunun Əl-Bab ətrafında keçirdiyi əməliyyata dəstəyi simvolik xarakter daşıyır. Terrorçularla mübarizədə biz daha geniş  əməkdaşlığa hazırıq. Bu barədə ABŞ administrasiyasının nümayəndələrini məlumatlandırdıq”.

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

Rəsmi Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı