Modern.az

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”

Dünya

16 Avqust 2017, 22:13

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdacağı tarixi açıqlayıb. Modern.az xəbər verir ki, Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.

Özünün “Feysbuk” səhifəsində bu barədə məlumat verən M.Saakaşvili qeyd edib ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacaq: "Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”.

Qeyd edək ki, M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir.  Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini bəyan edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı