Modern.az

Suriyaya endirilən aviazərbələrdə 12 nəfər öldü

Suriyaya endirilən aviazərbələrdə 12 nəfər öldü

Dünya

1 Oktyabr 2017, 20:36

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya yenidən hava zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Deyr-əz-Zor əyalətinə endirilən hava zərbələri nəticəsində 12 dinc sakin həlak olub. Onlardan 5 nəfəri Abu-Kamal şəhərində, 7 nəfər isə əyalətin şərqində olan Bukrus Fukanidə həlak olub.

Məlumata görə, ölənlərdən əksəriyyəti qadın və uşaqlardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı