Modern.az

3 BMT sülhməramlısı güllələndi

3 BMT sülhməramlısı güllələndi

Dünya

23 Fevral 2019, 23:13

Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyasına hücum nəticəsində 3 nəfər öldürülüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Malinin cənubunda baş verib. Naməlum silahlı şəxslərlə insident  paytaxt Bamakodan cənub-qərbdə, Sibu kəndində qeydə alınıb.

 

Daha bir sülhməramlı isə ağır yaralanıb.

 

Missiya rəhbəri Maxamat Saleh Annadif baş verən hadisəni qəti şəkildə qınayıb və ölənlərin ailələrinə başsağlığı verib.

 

Qeyd edək ki, missiya 2013-cü ilin aprelində təsis olunub və Malidə təhlükəsizlik məsələlərini yerinə yetirir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı