Modern.az

Nazir 29 nəfərin ölümünə görə istefa verdi

Nazir 29 nəfərin ölümünə görə istefa verdi

Dünya

27 Fevral 2019, 21:19

Misirin paytaxtı Qahirədə vağzalda baş verən yanğından sonra ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, artıq baş nazir Mustafa Mədbuli onun istefasını qəbul edib.

 

Qeyd edək ki, səhər saatlarında vağzalda qatarların toqquşması nəticəsində partlayış və yanğın baş verib. Hadisə nəticəsində 29 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı