Modern.az

Ukraynada səslərin 100%-i sayıldı - Zelenski və Poroşenko 2-ci tura çıxdı

Ukraynada səslərin 100%-i sayıldı - Zelenski və Poroşenko 2-ci tura çıxdı

Dünya

4 Aprel 2019, 10:29

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin 1-ci turu üzrə səslərin sayılması prosesini tamamlayıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, şoumen Vladimir Zelenski 1-ci turda səslərin 30,24%-ni, hazrkı prezident Pyotr Poroşenko 15,95%-ni, keçmiş baş nazir Yuliya Timoşenko isə 13,4%-ni toplayıb.

Beləliklə, 21 apreldə prezident seçkilərinin 2-ci turunda Pyotr Poroşenko və Vladimir Zelenski prezident postu uğrunda mübarizə aparacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı