Modern.az

Rusiya XİN-i Əliyev-Paşinyan görüşü dəyərləndirdi

Rusiya XİN-i Əliyev-Paşinyan görüşü dəyərləndirdi

Dünya

4 Aprel 2019, 13:57

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan prezideti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşü dəyərləndirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, diplomat görüşün pozitiv əhvalda keçməsini alqışlayıb.

“Danışıqlardakı konstuktiv yanaşmanı alqışlayırıq. Avstriya paytaxtında əldə olunmuş razılıqların həyata keçməsi üçün səylərimizi davam etdirəcəyik”- deyə Zaxarova bildirib. 

 

Zaxarova Moskvanın Qarabağ danışıqlarında önəmli rol oynadığını xatırladaraq münaqişənin həllini xarici siyasətlərinin əsas prioritetlərindən biri sayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevə görə kimlər cəzalanacaq? - Milyardların taleyi...