Modern.az

İranda terror təşkilatının üzvləri məhv edildi

İranda terror təşkilatının üzvləri məhv edildi

Dünya

5 May 2020, 22:09

İranın Xuzistan vilayətində keçirilən xüsusi əməliyyat zamanı “Əl-Əhvaz” terror təşkilatının 8 üzvü məhv edilib.

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Heydər Abbaszadə məlumat verib. Onun sözlərinə görə, silahlı qruplaşma ötən 6 ay müddətində Xuzistan vilayətində ağır cinayətlər törədiblər. Terrorçular polis zabitini qətlə yetirib, Sepah bazalarına, dini təhsil verən məktəblərə silahlı basqınlar ediblər. Silahlıların evlərində və iş yerlərində aparılan axtarış zamanı “Əl-Əhvaz” terror təşkilatının bayrağı tapılıb.

H.Abbaszadə nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və terror təşkilatı ilə əlaqəli olan adamlar müəyyən edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV