Modern.az

“AstraZeneca” peyvəndi vurulan nazir xəstəxanalıq oldu - FOTO

“AstraZeneca” peyvəndi vurulan nazir xəstəxanalıq oldu - FOTO

Dünya

10 Mart 2021, 00:19

Avstraliyanın Səhiyyə naziri Qreq Hant koronavirusa qarşı “AstraZeneca” ilə vaksinasiyadan sonra xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Vaksin vurulan nazirin bir neçə gün sonra naməlum infeksiya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilir.

Nazirdə hansı simptomların olduğu deyilməsə də, onun antibiotiklər qəbul etdiyi və gecə nəzarət üçün xəstəxanada qalacağı məlumdur.

 

“Nazirin tam sağalmağı gözlənilir. Onun vəziyyətinin vaksinlə əlaqəli olmadığı hesab edilir”, - deyə nümayəndələri qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...